Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında İntizam və Hesablayıcı komissiyalar yenidən təşkil olunub. “Azadinform” xəbər verir ki, parlamentin İntizam Komissiyasının tərkibinə deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva daxil olub. Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil olunmuş heyətinə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin daxil olublar.
01.02.12 Məqaləni oxumaq
 
AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
AVRONEST katibliyinin rəhbəri Con Lui Beltronun Bakıya səfəri başlayıb. “Azadinform” xəbər verir ki, səfər AVRONEST-in apreldə Bakıda keçirilməsi nəzərdə tutulan sessiyasına hazırlıq məsələlərini müzakirə etməkdir. Katibliyin rəhbərinin Bakıya səfər çərçivəsində Milli Məclisdə və bir sıra rəsmilərlə görüşləri nəzərdə tutulub.
01.02.12 Məqaləni oxumaq
 
Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliasbek Alımkulovun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər Azərbaycan ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində qonaqların ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, Gənclər və İdman, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliklərində, Qafqaz Müsəlmanları İdarəsində görüşləri və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakları nəzərdə tutulub. Həmçinin bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşgulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır. Səfər fevralın 3-ə kimi davam edəcək.
01.02.12 Məqaləni oxumaq
 
Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın təhsil və elm naziri Gintaras Steponaviçiyus ilə görüşüb. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən mədumata görə, görüş zamanı səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında, eləcə də hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildirib. Münasibətlərimizdə təhsil sahəsinə xüsusi öncəlik verildiyini qeyd edən səfir H.Məmmədzadə Litvanın ali məktəblərində təhsil alan onlarla azərbaycanlı tələbə üçün yaradılan şəraitə görə nazir G.Steponaviçiyusa təşəkkür edib.
01.02.12 Məqaləni oxumaq
 
Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
Mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Azərbaycan tarixinə qanla yazılan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, BAK İdarə Heyətinin Niderland Krallığının Brabant əyalətinin Tiburq şəhərində keçirilən toplantısında bununla əlaqədar xüsusi komissiyanın yaradılması qərara alınıb. İH-nin qərarına əsasən, komissiyaya rəhbərlik BAK sədri Sahil Qasımova, ümumi təşkilatçılıq və nəzarət işləri isə sədr müavinləri Elsevər Məmmədova, Ofelya Babayevaya və Musa Pünhana həvalə olunub. Konqres 7 minlik Xocalı sakininə qarşı ermənilərin törətdikləri vəhşilikləri Benilüks məkanındakı əhaliyə çatdıracaq.
01.02.12 Məqaləni oxumaq
 
Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
Bu gün Milli Məclisin yaz sessiyasındakı ilk iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinə dair müzakirələr olub. “Azadinform” xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan dövləti bununla bağlı kifayət qədər mövqe bildirsə də, təəssüf ki, bəzi mətbuat vasitələri buna kölgə salır. O, bunu qətiyyətlə pisləyib. “Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti, Azərbaycan parlamenti bununla bağlı kifayət qədər addım atır. Bizi istənilən addımda Türkiyənin yanındayıq. İndiki hadisədə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk, lazım olduqca da bildirəcəyik” - deyə S.Novruzov vurğulayıb.
01.02.12 Məqaləni oxumaq
 
Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
“Azərbaycan Milli Məclisi Dağlıq Qarabağın erməni icmasına müraciət etməlidir”. “Azadinform” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında qurumun Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, müraciətdə onlara izah olunmalıdır ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa imkanları yoxdur, Azərbaycanın tərkibində yaşayacaqları təqdirdə təhlükəsizlikləri təmin ediləcək, inteqrasiya prosesləri təşkil olunacaq. “Biz Dağlıq Qarabağ ermənilərini öz yaxınımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmaq şansına nail olarıq. Bununla problemin həllinə nail olarıq” - deyə Z.Oruc vurğulayıb. O bildirib ki, Azərbaycan bununla Rusiyanın Çeçenistana yönəlik uğurlu siyasətini nisbətən təkrarlamış olur. “Yəni Çeçenistanda olduğu kimi Qarabağda da Kadırovlar tapılmalıdır. Kadırovlar Qarabağda tapılacaq ya yox, bu iş üzərində işlənilməlidir. Əgər tapılarsa, oradakı hər iki tərəfdən olan əhalini öz rəhbərliyi altında birləşdirər və problemlər tədricən həll olunar. Bütün məsələləri Dağlıq Qarabağ əhalisinə izah edə bilər” - deyə o, əlavə edib.
01.02.12 Məqaləni oxumaq
 
Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
Milli Məclisin bu gün keçirilən iclasında Fransanın ATƏT Minsk qrupundan kənarlaşdırılması müzakirə olunub. “Azadinform” xəbər verir ki, millət vəkili Zahid Oruc bildirib ki, Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır. “ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən Dağlıq Qarabağ probleminin həlli asılıdır. İndi sual olunur ki, onlardan hansısa birinin fəaliyyəti qanunsuz və Azərbaycan maraqlarına zidd olacaqsa, onlar necə kənarlaşdırılacaq” - deyə Z.Oruc vurğulayıb.
01.02.12 Məqaləni oxumaq
 
Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
“Fevralın 8-dən etibarən bakalavrlar magistraturaya ərizə ilə müraciət edə bilərlər. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev mətbuat konfransında verib. Onun sözlərinə görə, bakalavrlar “bakalavrın elektron ərizə forması”nı fevralın 8-dən 16-dək olan müddətdə dolduraraq fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək təsdiq etdirməlidirlər: “Elektron imzadan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün sənəd qəbulu komissiyalarına (SQK) tələb edilən sənədlərin əslilərini şəxsən təqdim etməlidirlər.
01.02.12 Məqaləni oxumaq
 
TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü illərdə imtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlərə başlayır. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. Onun sözlərinə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməkdir: “Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək”.
01.02.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •