Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
ABŞ əsgəri əfqan gözətçini güllələyib
Əfqanıstanın şimalında ABŞ əsgəri yerli gözətçini güllələyib. “Azadinform” “İTAR TASS”a istinadən xəbər verir ki, Sari Pul əyaləti polis rəisinin məlumatına görə, onların arasında mübahisə düşüb və gözətçi əsgərə atəş açmaq istəyərkən, əsgər onu qabaqlayıb. Əfqanıstandakı ABŞ komandanlığının nümayəndəsi hadisə ilə bağlı araşdırma aparıldığını deyir. İnsident barədə başqa məlumat verilmir.
06.02.12 Məqaləni oxumaq
 
Liviyada Qəddafi tərəfdarlarının məhkəməsi başlanıb
Liviyada keçmiş diktator Qəddafi tərəfdarlarının məhkəməsi başlanıb. Benqazidəki hərbi məhkəməyə 41 nəfər cəlb olunub. Onlar Qəddafi rejimi və onun xalq üsyanını yatırmaq cəhdinə kömək etmək, habelə cinayətkar qruplar yaratmaqda ittiham olunurlar. Onların əksəriyyəti mülki şəxslərdir. Bu keçmiş Qəddafi rejiminin nümayəndələri üzərində ilk məhkəmədir. “Azadinform” “France Press” agentliyinə istinadən xəbər verir ki, proses zamanı təhlükəsizlik tədbirləri gücləndirilib.
06.02.12 Məqaləni oxumaq
 
Bakıda gənc muğam ifaçılarının konserti keçiriləcək
Bakıda gənc muğam ifaçılarının konserti keçiriləcək. Musiqi axşamı fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək. Sənət ocağından “Azadinform”a verilən məlumata görə, konsert proqramı "Gəncliyin səsi" festivalı çərçivəsində reallaşır.
Tədbirdə Orxan Hüseynov, Türkan Məlikova, Tuqay İsmayılova, Fərhad Allahverdiyev, Fizzə Mirzəyeva, Niyaməddin Babayev, Malik Həsənov, Qızılgül Babayeva, Anar Məmmədov, Xəyalə Nuruşova, Tural Muradlı, Əli Hacızadə kimi gənc xanəndələr xalq mahnıları və muğamlarımızın ən gözəl nümunələrini ifa edəcəklər. Muğam konserti saat 19:00-da başlayacaq.
06.02.12 Məqaləni oxumaq
 
Fövqəladə Hallar Nazirliyi avtomobillərə və piyadalara köməklik göstərib
Son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Fövqəladə Hallar Nazirliyindən “Azadinform”a verilən məlumata görə, yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün nazirliyin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhərinin Binə, Hövsan, Zirə, Zığ, Müşfiq, Dübəndi, Pirallahı və Abşeron rayonunun Qobu qəsəbələri istiqamətində, habelə Zığ-Hava limanı, Koroğlu metro stansiyası-Hava limanı, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücü və piyadalara lazımi köməklik göstərib, yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.
06.02.12 Məqaləni oxumaq
 
Vilnüsdə Milli İcmalar Evində xarici işlər naziri ilə görüş olub
Fevralın 2-də Vilnüsdə Milli İcmalar Evində Litva Respublikasının xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş olub və Dəyirmi masa keçirilib. Bu barədə məlumatı “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.
06.02.12 Məqaləni oxumaq
 
Zahid Oruc: “Şimali Azərbaycan adının rəsmiləşməsinin siyasi riskləri çoxdur”
“Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan adı verilməsi məsələsi üzərində ciddi düşünülməli və xalqın iradəsi öyrənildikdən sonra bu istiqamətdə konkret addımlar atmaq lazımdır. Çünki bu, siyasi mahiyyətinə görə Azərbaycan üçün uğurlu addım olması ilə yanaşı, kifayət qədər ciddi addımdır”. Bunları “Azadinform”a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
06.02.12 Məqaləni oxumaq
 
Fizuli Ələkbərov Qırğızıstanlı həmkarı ilə görüşüb
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.
Respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verən nazir F.Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti sayəsində ölkəmizin hələ 2009-cu ildə keçid iqtisadiyyatı dövrünü başa vuraraq  keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoyduğunu və inkişaf tempinə görə dünyanın lider ölkəsinə çevrildiyini bildirib.
06.02.12 Məqaləni oxumaq
 
Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
Fransa prezidenti Nikola Sarkozi inkar qanununun ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edən deputatlarla senatorlara təzyiq edir. Daha əvvəl qanuna müsbət yanaşmadığını açıqlayaq xarici işlər naziri Alen Jüpe bu məsələdə Sarkozi ilə aralarında ziddiyyət olub-olmadığına dair sualın cavabında “bu qanunla bağlı ağzımı bağlamağa qərar verdim” deyib. Xarici işlər naziri susmağı seçdiyini bildirib. “Azadinform” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransada siyasi qalmaqalları ortaya çıxaran “Canard Enchaine” qəzeti isə Sarkozinin qanunla bağlı Konstitusiya Məhkəməsinə gedə biləcəyini deyən Milli Assambleyanın rəhbəri Bernard Ekkoyeyə təzyiq edərək bu fikirdən daşındırdığını yazıb. "Türk dostu" kimi tanınan Senatın keçmiş sədri Jerar Larşenin son anda Konstitusiya Məhkəməsinə müraciəti imzalamamasının səbəbi də məlum olub. Sarkozinin Larşeyə xüsusi vəzifə verəcəyi bildirilib.
Prezident bundan əvvəl də Nazirlər Kabinetinin iclasında mübahisəli qanuna dəstək verməyən nazirləri danlayıb.
06.02.12 Məqaləni oxumaq
 
Küveytdə seçkiləri müxalifət uddu
Küveytdəki vaxtından qabaq parlament seçkilərini islamçıların başçılıq etdiyi  müxalifət udub. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, 50 yerlik parlamentdə 34 yeri müxalifət qazanıb. Liberal hesab olunan namizədlər seçkilərdə uduzublar, qadın namizədlər heç bir yer qazana bilməyiblər. Bundan əvvəlki parlamentdə 4 qadın deputat var idi.
Müxalifət seçkilərə korrupsiya ilə mübarizə şüarı ilə gedirdi. Küveytdə bütün nazirləri hakim ailə təyin edir. Ancaq parlament nazir təyinatlarına nüfuz edə bilər.
06.02.12 Məqaləni oxumaq
 
Milli Məclisin yaz sessiyası işə başlayıb
Bu gün Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda parlamentin yaz sessiyasını açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu sessiyada Milli Məclisi çox gərgin iş gözləyir. O qeyd edib ki, bu sessiyada 2011-ci il büdcə zərfi ilə bağlı və ombudsmanın hesabatı dinləniləcək . İclasın bugünkü gündəliyinə Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” (ikinci oxunuş) qanun layihələri daxil edilib.
01.02.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •