Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
“Fransanın Azərbaycan və Ermənistan arasındakı konfliktin həllində ATƏT-in Minsk Qrupunun vasitəçisi kimi tərəflilik nümayiş etdirməsi birbaşa bizim ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Millət vəkili deyir ki, Fransa Senatda sübutunu belə tapmayan uydurma erməni soyqırımını tanımaqla açıq mesaj verir ki, Ermənistanın himayəçisidir.
07.02.12 Məqaləni oxumaq
 
BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 2-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.  Bu barədə “Azadinform”a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Əsirə bir “qızıl xaç” məktubu çatdırılıb, ondan isə bir “qızıl xaç” məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
06.02.12 Məqaləni oxumaq
 
Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi – ordu generalı Necdet Özel fevralın 7-də Azərbaycana rəsmi səfərə gələcək. “Azadinform” xəbər verir ki, səfər çərçivəsində türkiyəli generalın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Səfər fevralın 9-da başa çatacaq.
06.02.12 Məqaləni oxumaq
 
Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
“Əgər 1915-ci ildə ermənilərin Anadoludan deportasiyasının tarixi və elmi cəhətdən “soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”. “Azadinform” xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış “Al Jazeera” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu hadisələrin soyqırımı olub-olmamasını sübut etmək üçün ilk növbədə onları obyektiv olaraq tədqiq etmək lazımdır. E.Bağış bildirib ki, erməni hakimiyyəti öz arxivlərini açmaqdan imtina edirsə, deməli, öz tarixləri ilə üzləşmək üçün kifayət qədər cəsur deyillər. O, Türkiyə tərəfinin Ermənistana hər iki tərəfin arxiv sənədləri açaraq, tarixçilərdən ibarət birgə komissiya yaratmaq barədə təklifinə ermənilərin rədd cavabı verdiyini xatırladıb: “Təəssüf ki, erməni hakimiyyətinin bu təklifi qəbul etməyə cəsarəti çatmır”.
06.02.12 Məqaləni oxumaq
 
Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
“Son iki gündə iğtişaşların daha da gücləndiyi Suriyada çoxsaylı ölənlər arasında azərbaycanlı qeydə alınmayıb”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
O qeyd edib ki, hazırda Suriyada ölkə üzrə 40-dan çox azərbaycanlı oradakı səfirliyimizdə qeydiyyatdan keçib. “Hazırda ölkədəki vəziyyətlə əlaqədar olaraq vətəndaşlarımızla səfirlikdə görüşlər keçirilir, onlarla mütəmadi əlaqə saxlanılır. Onlara ölkənin ən təhlükəli yerləri barədə məlumat verilir, təhlükəsizlik qaydaları aşılanır və sair” - deyə E.Abdullayev vurğulayıb.
06.02.12 Məqaləni oxumaq
 
Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
“Tehranın yersiz iddialarının heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan İranın heç bir daxili işlərinə qarışmır. Hər şey göz qabağındadır”. Bunları “Azadinform”a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.
Politoloq qeyd edir ki, Azərbaycan İranla münasibətdə dinc qonşuluq siyasəti həyata keçirir, çünki Bakının xarici siyasətdə konsepsiyası bundan ibarətdir. “Buna baxmayaraq əksinə, İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir və nəticədə özü üçün də müsbət heç nə baş vermir”-deyə V.Quluzadə vurğulayıb.
06.02.12 Məqaləni oxumaq
 
Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Müsabiqə Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanan Sazişə uyğun olaraq həyata keçirilir. Bu barədə məlumatı “Azadinform”a Təhsil Nazirliyindən veriblər.
06.02.12 Məqaləni oxumaq
 
Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq
Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirləri tətbiq ediləcək. “Azadinform” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə imzaladığı əmrində qeyd edilib.
06.02.12 Məqaləni oxumaq
 
TQDK-nın virtual ödəmə kartlarını SMS-lə də əldə etmək olar
Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər.
SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
06.02.12 Məqaləni oxumaq
 
İran bir daha düşmənlərini hücumla hədələyib
İran xəbərdarlıq edib ki, əgər onun ərazisi hər hansı ölkədən atəşə tutulsa, buna hücumla cavab verəcək. “Azadinform” “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Qvardiyası rəhbərinin müavini Hüseyn Salami Hörmüz boğazı yaxınlığında keçirilən hərbi təlimdə deyib.
Qeyd edək ki, ABŞ və İsrail İrana hərbi zərbənin mümkünlüyünü istisna etmirlər. Tehran isə buna cavab olaraq İsrail və ABŞ-ın regiondakı hərbi bazalarını hücumla hədələyir.
06.02.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •