|
|
Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
|
|
“ABŞ-Ermənistan münasibətlərində prioritetlərin dəyişilməsi müşahidə olunur. Həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalır”. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
|
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilib.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlikdəki məsələ açıq tipli test tapşırıqlarının formaları və hazırlanması metodikası ilə bağlı müzakirə olub. TQDK-nın Naxçıvan regional bölməsindən şəhər 5 saylı tam orta məktəbin müəllimi Zəhra Novruzova və Gəncə regional bölməsindən Mahal Kazımov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran və Şəki regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
|
İran deputatları bu gün prezident Mahmud Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul ediblər. O, ünvanına səslənən ittihamlara cavab verməli olacaq. “Azadinform” “Associated Press”ə istinadən xəbər verir ki, prezidentə qarşı irəli sürülən ittihamlara iqtisadi, xarici və daxili siyasətdə uğursuzluqlar daxildir. İlk növbədə ondan Tehranda metro tikintisi ilə bağlı ayrılan maliyyənin yoxa çıxması və ictimai nəqliyyatın inkişafındakı uğursuzluqlar soruşulacaq. İranda mövcud qanunlara görə, prezident çağırışdan ən azı iki ay sonra parlamentə gəlməlidir.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
|
|
Prezident İlham Əliyev bu gün Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.
|
07.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunmuş ilk səfiri Prayono Atiyantonu qəbul edib. XİN-in mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, görüş zamanı İndoneziya səfiri etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər. Görüş zamanı iki ölkə arasında BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
|
07.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
|
|
Yanvar ayının əvvəllərindən etibarən məntəqə seçki komissiyaları müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Azadinform”a verilən məlumata görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq dairə seçki komissiyaları seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə start veriblər.
|
07.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
|
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarının aşması ilə bağlı məlumat yayıb. “Azadinform” FHN-ə istinadən xəbər verir ki, Hacıqabul rayonunda Hacıqabul Dəmir Yolu Stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən qazalin tərkibli neft məhsulu daşıyan hər birinin tutumu 60 ton olan 3 ədəd sistern aşıb, 3 sistern yoldan çıxıb. Yanğın hadisəsi olmayıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkir.
|
07.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|