|
|
|
|
|
|
Əli Həsənov: “Rusiyanın Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”
|
|
“Rusiyanın Minsk qrupu ilə birlikdə və ayrılıqda Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”. “Azadinform” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov söyləyib. Onun sözlərinə əsasən, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan dövlətdir. “Nikola Sarkozinin dünən İrəvanda verdiyi açıqlamalar, xüsusən status–kvonun qəbul edilməzliyi və bunun dəyişdirilməsinin vurğulanması ilə bağlı fikirləri düşünürük ki, Cənubi Qafqazdakı sülh yaratma proseslərinə, o cümlədən Minsk qrupunun 6 ay bundan əvvəl status–kvo barədə bəyan etdiyi missiyaya əlavə qatqı verəcək” - deyə Əli Həsənov vurğulayıb.
Əli Həsənov bildirib ki, hər iki ölkə mövcud status-kvonun dəyişdirilməsi fikrindədir: “Status–kvonun da dəyişdirilməsi Azərbaycan torpaqlarının geri qaytarılması, Dağlıq Qarabağ ətrafında gedən danışıqların intensivləşdirilməsi, beynəlxalq hüququn və BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi deməkdir”.
|
07.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Baş prokuror Zakir Qaralov İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb
|
|
Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluqdan “Azadinform”a verilən məlumata görə, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.
|
07.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
“Müasir Azərbaycan: dövrün baxışında” kitabının təqdimatı keçirilib
|
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycan” qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışında” adlı kitabın təqdimatı keçirilib. “Azadinform” xəbər verir ki, tədbiri açan “AzərTAc” Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib.
|
07.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfərə gəlib
|
|
Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Nikola Sarkozini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
|
07.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Mübariz Əhmədoğlu: “İqtisadi və demoqrafik göstəricilər Ermənistanın nə qədər “güclü” olduğunu göstərir”
|
|
“İndi Ermənistan ictimaiyyətində belə bir fikir var ki, ölkənin müstəqilliyi orduda döyülmüş və alçaldılmış gənc əsgərə bənzəyir”. “Azadinform” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan müxalifəti deyir ki, respublika ölümqabağı aqoniyadadır və ya Ermənistanın müstəqilliyi müstəqillik ideyası üçün kinayədir. “İş o yerə çatıb ki, Ermənistana qarşı heç vaxt tənqidi fikirlər səsləndirməyən Yuxarı Kilikiya Kilsəsinin rəhbəri II Aram da ölkəyə qarşı tənqidi fikirlər səsləndirir və deyir ki, “ermənilərin Ermənistanı tərk etməsini hər zaman düşmənlər arzulayıb.
|
07.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Azərbaycanda alman mədəniyyət tədbirləri keçiriləcək
|
|
Oktyabrın 8-də Azərbaycanda alman mədəniyyəti tədbirləri keçiriləcək. Almaniyanın ölkəmizdəki səfirliyindən “Azadinform”a verilən məlumata görə, “European Movie Festival–2011“ kino festivalı çərçivəsində 8 oktyabr tarixində Almaniyanı iki müxtəlif üslubda təqdim edilən filmləri nümayiş olunacaq. Həmin gün saat saat 16:00-da Park Bulvar Planetariumunda sənədli film rejissorları Ştefan Kolbe və Kris Raytın müzakirə tədbiri və alman sənədli filmlərin nümayişi keçiriləcək.
|
06.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
İran mətbuatının yanlış məlumatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkzib olunub
|
|
İran KİV-i dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yanlış məlumat yayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri Azərbaycan ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edim.
|
06.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Putinin namizədliyi dekabr ayına qədər irəli sürüləcək
|
|
«Yedinaya Rossiya» partiyası Dövlət Dumasına dekabr seçkilərinə qədər baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini irəli sürəcək. «Azadinform»un «Kommersant» qəzetinə istinadən verdiyi xəbərə görə, «Yedinaya Rossiya»nın qurultayının ikinci hissəsi dekabrda keçiriləcək. Birinci hissə isə ötən ay keçirilib və qurultayda Putinin prezidentliyə namizəd olacağı açıqlanıb.
|
06.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Obama Şakiranı müşavirlər qrupuna daxil edib
|
|
ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “Azadinform” RİA «Novosti»yə istinadən xəbər verir ki, 34 yaşlı Şakira təkcə musiqi sahəsindəki uğurları ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə «Yalın ayaqlar fondu» xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir. Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.
|
06.10.11 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|