Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 150 151 152 153 154 155 156 157 158 » #
53 məzunun 49-u respublika, 4 isə xarici ölkələrin ali məktəblərinə qəbul olub
2010-2011-ci il tədris ilini qızıl və gümüş medallarla başa vuran məzunlar yüksək balla Azərbaycan və digər ölkələrin ali məktəblərinə qəbul olublar. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Qeyd olunub ki, Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49-u respublika, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunublar.
19.08.11 Məqaləni oxumaq
 
Məktəb direktorları yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər
“Etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır. Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabat vermə, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalıb”. “Azadinform” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində əks olunub.
19.08.11 Məqaləni oxumaq
 
Bölgələrdəki məktəblərə 2 mln. manat dəyərində ləvazimat verilib
2011-2012-ci dərs ilində ölkədə 12180 nəfər şagird yerlik yeni 47 məktəb tikilib. “Azadinform” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Məlumata görə, 2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib.
19.08.11 Məqaləni oxumaq
 
Təhsil naziri əmr imzalayıb
Təhsil naziri "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı əmr imzalayıb. Təhsil Nazirliyindən “Azadinform”a verilən məlumata görə, əmrə əsasən nazirliyin tədbirlər planı təsdiq edilib. Əmrə əsasən, nazirliyin icraya məsul strukturları, yerli təhsili idarəetmə orqanları, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli və görülən işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilib.
19.08.11 Məqaləni oxumaq
 
Ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib
Cari tədris ili üçün ali məktəbə qəbulla bağlı bu günə qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. “Azadinform” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çoxu dolub. “Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddir” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq.
19.08.11 Məqaləni oxumaq
 
Orta ixtisas təhsili müəssisələrinə 31251 abituriyent ərizə təqdim edib
Cari tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 31251 abituriyent ərizə təqdim edib. “Azadinform” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, abituriyentlər imtahana buraxılış vərəqəsi və abituriyentin vəsiqəsini elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyalarından avqustun 24-ü, 25-i, 26-sı və 27-də saat 10:00-dan 17:00-dək ala bilərlər.
19.08.11 Məqaləni oxumaq
 
Ermənistanın hakim düşərgəsində kompromat savaşı başlayacaq
Qarşıdan gələn payız aylarında tək hakimiyyətlə müxalifət arasında deyil, həmçinin hakim düşərgənin içində də kompromat savaşı başlayacaq. «Azadinform» «Qraparak» qəzetinə istinadən məlumat verir ki, qarşıdan gələn parlament seçkilərində Respublika Partiyasının proporsional siyahısına düşmək uğrunda mübarizə o qədər gərgin keçir ki, bir sıra hakimiyyət dairələri bir-birinə qarşı kompromat savaşına çıxıblar. Bir qrup çalışır ki, digər qrupun nüfuzunu aşağı salsın və bundan sonra da Serj Sarkisyan yerdəyişmələr etsin. Qəzetin yazdığına görə, hazırda ən çox kompromat təhsil naziri Armen Aşotyana və vitse-spiker Smavel Nikoyana, eləcə də Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanova qarşı toplanıb. Məhz onların çiyninə də Serj Sarkisyan və hakim Respublika Partiyasının piarını aparmaq düşüb. Kompromatlar çox yaxın vaxtlarda elektron KİV və yaxud qəzet səhifələrində görünəcək.
19.08.11 Məqaləni oxumaq
 
Politoloq: “Rusiyada seçki qabağı mübarizədə Qarabağ siyasəti ciddi kart kimi oynanılır”
“Hazırda Qarabağ problemi ilə bağlı danışıqlarda irəliləyiş məsələnin açarı rolunu oynayan Moskvadakı vəziyyətdən, daha doğrusu Baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev qarşıdurmasının nəticələrindən asılıdır”. Bunları “Azadinform”a müsahibəsində politoloq Rasim Ağayev bildirib.
19.08.11 Məqaləni oxumaq
 
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nin xaricdə nümayəndəlikləri yaradılacaq
Xarici ölkələrdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin nümayəndəliklərinin yaradılması ilə bağlı işlər davam edir. “Azadinform” xəbər verir ki, bu barədə yap.org.az saytına ictimai birliyin sədri Bayram Səfərov məlumat verib. B.Səfərov bildirib ki, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyiş əldə olunub və bu da müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verir. “Eyni zamanda, xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu işdə çox fəaldırlar. Biz də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi olaraq Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk” - deyə o vurğulayıb.
19.08.11 Məqaləni oxumaq
 
"Gündəm xəbər" qəzetinin təsisçisi barəsində cinayət işi başlanıb
"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində cinayət işi başlanıb. Bu barədə məlumatı “Azadinform”a Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilən "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
19.08.11 Məqaləni oxumaq
 
Səhifələr : # « 150 151 152 153 154 155 156 157 158 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •