Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının iclasında müzakirə olunacaq
BMT Baş Assambleyasında bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. «Azadinform» «Rosbalt»a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Baş Assambleyanın iclası sentyabrın 13-də Nyu-Yorkda keçiriləcək.
10.09.11 Məqaləni oxumaq
 
Prezident İlham Əliyev Həştərxan şəhərinin fəxri vətəndaşı seçilib
Prezident İlham Əliyev Həştərxan şəhərinin fəxri vətəndaşı seçilib. Bu barədə qərarı şəhər Dumasının deputatları qəbul ediblər. «Azadinform» «VISOTA 102» agentliyinə istinadən xəbər verir ki, fəxri həştərxanlının bir sıra imtiyazları var. İlk növbədə o, vergiləri ödəməkdən azad edilir, şəhərdaxili nəqliyyatda pulsuz istifadə etmək hüququna malik olur. Eləcə də yerli idarəetmə orqanlarının vəzifəli şəxslərin qəbuluna növbəsiz düşmək hüququna malikdir.
10.09.11 Məqaləni oxumaq
 
Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın sessiyasında iştirak edəcək
Sentyabrın 14-15-də Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçiriləcək. “Azadinform” xəbər verir ki, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başçılığı ilə 10 nəfərlik nümayəndə heyəti sentyabrın 12-də Strasburqa yollanacaq.
10.09.11 Məqaləni oxumaq
 
Dünyanın ən böyük mozaikalı muzeyi açılır
Türkiyədə dünyanın ən böyük mozaika muzeyi açılacaq. “Azadinform” “Sabah” qəzetinə istinadən xəbər verir ki, Gaziantəpədəki içki fabrikinin yerində tikilən 700 metrlik mozaikası ilə dünyanın ən böyük mozaik muzeyi kimi tanınan Zeuqma Mozaik Muzeyinin bu gün rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Qeyd edək ki, muzey böyüklüyünə və eksponatlarına görə bu günə qədər Tunisdəki Bordo Muzeyinin birinciliyini əlindən alacaq. Xatırladaq ki, yeni açılan muzeydə qazıntılar zamanı Qədim Zeuqma şəhərindən çıxan mozaikalar sərgilənəcək.
09.09.11 Məqaləni oxumaq
 
Sarkisyan Köçəryanla istefasını müzakirə edib?
Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanla eks-prezident Robert Köçəryan arasında görüş keçirilib. «Azadinform» «Aykakan Jamanak» qəzetinə istinadən yazır ki, görüş Köçəryanın İsakov prospektindəki mülkündə baş tutub. Nəşr yazır ki, bu səbəbdən prospektə gedən yollar bağlı olub. Eks və indiki prezident daxili siyasi prosesləri və mümkün daxili siyasi ssenariləri müzakirə ediblər. Qəzet yazır ki, Sarkisyan Köçəryanla istefaya çıxmaq məsələlərini müzakirə edib.
09.09.11 Məqaləni oxumaq
 
Barak Obama: “Amerika bir nömrəli mövqeyinə qayıdacaq”
ABŞ prezidenti Barak Obama bu gün Konqres qarşısında çıxış edib. Prezident yeni iş yerlərinin açılması və iqtisadi artım məsələlərinə toxunub. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı ABŞ dövlət başçısı 14 milyon işsiz amerikalının iş yerləri ilə təmin edilməsi planından bəhs edib.
09.09.11 Məqaləni oxumaq
 
Tələbə güzəşt kartı bir neçə aya tətbiq edilə bilər
Tələbə güzəşt kartı bir neçə aya artıq Azərbaycanda da tətbiq edilə bilər. “Azadinform” xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə əsasən, tələbə güzəşt kartlarından təkcə dövlət yox, eyni zamanda özəl ali məktəblərin də tələbələri istifadə edə biləcək. “Bu kartlar vasitəsilə gənclər əldə etmək istədiklərini güzəştlə ala biləcəklər. Bu kartlar həm də Avropa ölkələrində keçərli olacaq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə artıq işlərə başlamışıq. Düşünürəm ki, bir neçə aya bu kartlardan ölkəmizdə də istifadə ediləcək” - deyə nazir vurğulayıb.
09.09.11 Məqaləni oxumaq
 
Azad Rəhimov sosial ipoteka məbləğinin artırılmasını təklif etdi
“Sosial ipoteka üçün ayrılan 35 min manat olduqca azdır”. “Azadinform” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Bu gün sosial ipotekaya illik 4 faiz olmaqla 15 illiyinə 35 min manat ayrıldığını xatırladan nazir qeyd edib ki, bu, mənzil almaq üçün yetərli vəsait deyil: “2007-ci ildən başlayan sosial ipotekaya axın var və biz istəyirik ki, bu məbləğ bir az artırılsın və təqribən 2-3 otaqlı mənzilin orta qiymətinə uyğun olsun”.
09.09.11 Məqaləni oxumaq
 
Nazirlik Xaçmazda zona müşavirəsi keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti” mövzusunda zona müşavirəsi keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə tibbi-sosial ekspert komissiyalarının, əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər. Tədbirdə bölgədə əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi, ilkin əlilliyin profilaktikası, bu istiqamətdə aparılan kompleks tədbirlərin genişləndirilməsi ilə bağlı müxtəlif dövlət orqanları və ictimai təşkilat nümayəndələri ilə informasiya mübadiləsinin həyata keçirilməsi məsələsi müzakirə edilib, müvafiq təhlillər aparılıb.
09.09.11 Məqaləni oxumaq
 
Beynəlxalq Pestisidlər Assosiasiyası: “Biz Azərbaycandakı QHT-lə əməkdaşlığa hazırıq”
Üzvi kimyəvi tullantıların (pestisidlərin) məhv edilməsi ilə bağlı layihələr üzərində işləmək üçün Azərbaycanda QHT-lərin kifayət qədər maarifləndirilməsinə ehtiyac var. Bu barədə “Azadinform”a müsahibəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Pestisidlər Assosiasiyasının Direktorlar Şurasının sədri Bram de Borst bildirib. O qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən QHT-lərdə son zamanlar aktivlik müşahidə olunsa da, onlar kifayət qədər beynəlxalq təcrübədən yararlanmırlar. “Ümumiyyətlə, üzvi tullantıların məhv edilməsi çox mürəkkəb məsələdir və burada mütləq beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Biz Azərbaycandakı QHT-lər ilə əməkdaşlığa hazırıq” - deyə B.Brost vurğulayıb.
09.09.11 Məqaləni oxumaq
 
Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •