Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
Axtarış: 
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
Əlillər dövlətin himayəsi altında
İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyə sahib olan Azərbaycan eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasətinə malik bir ölkədir.
07.05.12 Məqaləni oxumaq
 
İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olub. “Azadinform” xəbər verir ki, general Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib.
Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
04.05.12 Məqaləni oxumaq
 
Prezident Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.
Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
04.05.12 Məqaləni oxumaq
 
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq
Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirə olunacaq. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb.
04.05.12 Məqaləni oxumaq
 
BDYPİ “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib
Respublika Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə “Azadinform”a idarədən məlumat verilib.
Məlumatda qeyd edilir ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.
04.05.12 Məqaləni oxumaq
 
Bahar Muradova: “İctimaiyyət müxalifətin imkanının nəyə çatdığının şahidi oldu”
«Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu, qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır». “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq. «Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu» - deyə vitse-spiker vurğulayıb.
04.05.12 Məqaləni oxumaq
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 62 yeni iş yeri açılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin I rübü ərzində 62 yeni iş yeri açılıb. “Azadinform”a nazirlikdən verilən məlumata görə, bu barədə qurumun birinci rübün yekunlarına həsr olunmuş iclasında bildirilib. Bu il aprelin 1-i tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 310,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 % çoxdur. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 647.2 manat, poçt sektorunda isə 208.4 manat təşkil edib. Məlumat üçün bildiririk ki, hazırda respublika üzrə orta aylıq əməkhaqqı 368,5 manat təşkil edir.
04.05.12 Məqaləni oxumaq
 
Bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: “Vafi Turizm” MMC (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi), “Z-Company 2007” MMC (hüquqi ünvanı: Bakı şəhəri, Zivərbəy Əhmədbəyov küçəsi, ev 33), “RX Travel” MMC (Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131, mənzil 39), “Premium Travel” MMC (Bakı şəhəri, Ak. Şamil Əzizbəyov küçəsi, ev 88), “Zenit Tour” MMC (Bakı şəhəri, Aşıq Alı küçəsi, ev 3, mənzil 103)
Qeyd edək ki, lisenziyalar Prezidentin “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar” haqqındakı Fərmanına və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərarlarına uyğun olaraq verilib.
04.05.12 Məqaləni oxumaq
 
TQDK abituriyentlərə çağırış etdi
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Bu barədə məlumatı “Azadinform”a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər.
Abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat isə www.tqdk.gov.az saytında yerləşdirilib.
04.05.12 Məqaləni oxumaq
 
Levon Ter-Petrosyan: “Köçəryan izolə edilmiş bir yırtıcıdır”
“Robert Köçəryanın hakimiyyət orqanlarının ünvanına səsləndirdiyi sərt tənqidlər Serj Sarksiyana arxadan vurulan zərbədən başqa bir şey deyil”. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Robert Köçəryanın fikirlərinə münasibət bildirərkən deyib. “Azadinform” “ArmTodey”ə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin mitinqində çıxış edən Petrosyan əsas diqqəti Köçəryanın müsahibəsinə yönəldib. «Seçkilərə üç gün qalmış verilən bu müsahibə Sarkisyanın kürəyinə vurulan bir bıçaq zərbəsidir. Lakin bu müsahibə narahatçılıq doğurmamalıdır. Köçəryan izolə edilmiş bir yırtıcıdır. Bütün bunlar göstərir ki, rejim içindən çürüyüb və çox tezliklə özünü-özünü didib parçalayacaq» - deyə o bildirib.
04.05.12 Məqaləni oxumaq
 
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •