|
|
Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
|
|
Ombudsman Elmira Süleymanova Niderlandın Azərbaycandakı səfiri Arjen Peter Uijterlinder, həmin ölkənin Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə eksperti Niko Van der Laanı və nazirliyin Yaxın Şərq, Asiya və Avropa üzrə əlaqələndiricisi Meil Kieli qəbul edib. Bu barədə məlumatı “Azadinform”a Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
|
09.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
|
|
Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
|
Böyük Britaniyada Birinci Dünya müharibəsinin son iştirakçısı Florans Qrin vəfat edib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, 110 yaşlı qadın fevralın 4-də, 111 yaşının tamam olacağı günə iki həftə qalmış dünyasını dəyişib. Florans Qrin Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Norflok qraflığındakı bazasında ofisiant işləyib. O, müharibənin qurtarmasına 2 ay qalmış xidmətə qəbul edilib və 2 illik xidmətini Böyük Britaniyanın qadınlardan ibarət Hərbi Hava Qüvvələrində keçirib
|
09.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
İraqda 14 nəfər edam olunub
|
|
Bu gün İraqda 14 nəfər edam olunub. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar İraq vətəndaşlarıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, onların hamısı “Əl-Qaidə” ilə əlaqəli olublar. Onlar 2009-cu ilin oktyabrında Bağdadda baş vermiş terror aktlarında ittiham olunublar. Həmin terror aktlarında 500 adam həlak olmuşdu. Bununla da il başlayandan İraqda 65 nəfər edam olunub.
|
09.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
|
“Mən Bakıya olan bu səfərimlə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstəyini ifadə edən salamını gətirmişəm”. “Azadinform” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş qərargah rəisi general Necdet Özel bildirb. Generalın sözlərinə görə, bu onun bu vəzifədə Azərbaycana ilk səfəridir və bu səfərdən çoxlu gözləntiləri var. N.Özel bildirib ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələri arasında ciddi müzakirələr, dəyərli danışıqlar gözlənilir. Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdikdən sonra, Şəhidlər Xiyabanını da ziyarət edib əklil qoyublar.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
|
|
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ardıcıl olaraq icra edilir. “Azadinform” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq edilib.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
“Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
|
|
Danmarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri Christine Antorini ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyəti barədə nazirə məlumat verən S.Sadiqi əsas məqsədlərinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirib.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|
Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
|
|
“Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “Azadinform” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib.
|
08.02.12 Məqaləni oxumaq
|
| |
|
|
|