Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə yeni müqavilələr imzalayıb
10.03.10 05:31

İlham Məmmədov/AZADİNFORM. “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə 4 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması barədə müqavilələr imzalayıb. Bu barədə məlumatı AZADİNFORM-a Bankın baş ofisindən veriblər. Bunlardan biri “DəmirBank” və “Belçikanın İncofin Investment Management” mikromaliyyə fondunun təşkilatçılığı ilə Volksvermogen şirkəti arasında 1,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması barədə kredit müqaviləsidir.Digər müqavilə isə Lüksemburqun Symbiotics SA Information, Consulting & Services şirkəti tərəfindən təşkil olunub. Müqavilə Lüksemburqun Wallberq Invest və Lixtenşteynin EMF Microfinance Fund şirkətlərindən 2,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunmasını nəzərdə tutur. “Bu müqavilələr üzrə ayrılan vəsaitlər mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə, eləcə də kənd təsərrüfatının kreditləşdirilməsinə yönəldiləcək. Hər 2 kredit müqavilələri 2 il müddətinə imzalanıb və qeyd edilən sahələrin inkişafına kömək edəcək”,-deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib. Ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb.
URL / WWW
http://www.kaspi.az/article/a-166.html