Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » Belçikada “Novruz gecəsi” keçiriləcək
10.03.10 05:31

Atif Eyvazov/AZADİNFORM. Martın 17-də Belçika Azərbaycan Evi və Gənc Azəri Türkləri Organizə Heyətinin təşkilatçılığı və dəstəyi ilə “Novruz gecəsi” keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Belçika Azərbaycan Evindən veriblər. Birmingham küçəsi, 299-da yerləşən “Entrepot” restoranında baş tutacaq gecədə Belçikada yaşayan gənc Azəri və Osmanlı türkləri, orada fəaliyyət göstərən digər təşkilatların nümayəndələri və belçikalı qonaqlar iştirak edəcəklər. Tədbirdə Azərbaycan musiqisi ilə yanaşı Novruza xas adətlər və oyunlar nümayiş etdiriləcək, həmçinin milli mahnılarımızdan ibarət karaoke də olacaq.
URL / WWW
http://www.kaspi.az/article/a-162.html