Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » “Unıbank”da “Qəşşşşəng” kampanıyası start götürdü
02.09.10 06:33

“Unibank” ASC-də “QƏŞŞŞŞƏNG” kampaniyası start götürüb. Kampaniya çərçivəsində pul köçürməsini göndərən və alan hər bir kəs, bu lotereyada oynanılan 200 mobil telefonundan birinin sahibi ola bilər. Bu barədə məlumatı AZADİNFORM-a bankdan veriblər.
Sentyabrın 1-dən dekabr ayının 31-dək “Unibank” vasitəsi ilə 300 USD, EUR və ya 9000 RUR məbləğində təcili pul köçürməsi göndərən və ya alan müştərilər, hər ay 50 ədəd “Nokia Supernova 7210” mobil telefonun oynanıldığı və “Mobitel” şirkətinin dəstəyi ilə keçirilən lotereyanın iştirakçısına çevrilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə görə, yuxarıda göstərilən məbləğdə yerinə yetirilmiş hər bir pul köçürməsi uduş üçün 1 şans verir. Bank tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şansları da artır. Lotereya aksiyası çərçivəsində 4 tiraj keçiriləcəkdir.
Aksiya Bankın Gəncədə, Sumqayıtda, Lənkəranda, Şəmkirdə, Qubada, Mingəçevirdə və Şəkidə yerləşən regional filialları daxil olmaqla bütün 26 xidmət nöqtələrində qüvvədədir.
URL / WWW
http://www.kaspi.az/article/a-1609.html