Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqa getməməyi tövsiyyə edir
10.03.10 05:31

Bayram Niftəliyev/AZADİNFORM. Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqda baş verən terror hadisələri və silahlı toqquşmalarla bağlı xəbərdarlıq edir. AZADİNFORM XİN-nin rəsmi internet saytına istinadən xəbər verir ki, İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da ölkə ərazisinə səyahət etmək hələ də təhlükəlidir. Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bundan başqa Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir. İraq ərazisində İraq Təhlükəsizlik qüvvələri və müxtəlif silahlı qruplaşmalar arasında hər gün toqquşmaların baş verməsi və xarici ölkə vətəndaşlarına qarşı seçimsiz hücumların olması halları müşahidə olunur. Ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcuddur. Avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir. Xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir. Bunları nəzərə alaraq İraqa səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar. İraqda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Xarici İşlər Nazirliyi bildirir ki, vətəndaşların səyahəti zamanı baş verə biləcək hadisələrə görə XİN heç bir məsuliyyət daşımır.
URL / WWW
http://www.kaspi.az/article/a-158.html