Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Manşet » ARDNŞ Gürcüstandakı bütün enerji layihələrinə maraq göstərir
20.08.10 05:45

Rövnəq Abdullayev: «Bizim Gürcüstanda olan hər bir layihəyə, bütün enerji layihələrinə marağımız var»

“Gürcüstanda olan bütün kəmərlərin işlədilməsi, idarə olunmasında Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) marağı var”. Bunu jurnalistlərə açıqlamasında avqustun 19-da Astara Qaz Kompressor Stansiyasında olan ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Rusiyadan Ermənistana gedən qaz xəttinin Gürcüstan ərazisindən keçən hissəsini ARDNŞ-nin almaq istəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən R.Abdullayev qonşu ölkədəki enerji layihələrində, o cümlədən kəmərlərin işlədilməsi, idarə olunmasında rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib:

“Bizim Gürcüstanda olan hər bir layihəyə, bütün enerji layihələrinə marağımız var. Hazırda biz də bu məsələlərə baxırıq. Gürcüstandakı bütün kəmərlərin, o cümlədən sözügedən qaz xəttinin də işlədilməsində və idarə olunmasında maraqlıyıq”.
Onu da xatırladaq ki, avqustun 11-də "SOCAR Georgia Petroleum" "SOCAR" brendli yeni iki yanacaqdoldurma məntəqəsi açıb.
Məlumatda qeyd olunduğuna görə, yanacaqdoldurma məntəqələri Tbilisi şəhərinin mərkəzi hissəsində və Senaki şəhərinin mərkəzində açılıb. Yanacaqdoldurma məntəqələrinin açılış mərasimlərində "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov başda olmaqla şirkət rəsmiləri iştirak ediblər.
Bu yanacaqdoldurma məntəqələrinin istismara verilməsi ilə Gürcüstan ərazisində "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 45-ə çatıb.
"SOCAR Georgia"nın həmtəsisçiləri ARDNŞ (51%), "Petro-Trans FZCO" (24,5%) və Vano Çxartişvilidir (24,5%).
URL / WWW
http://www.kaspi.az/article/a-1544.html