Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Online
»
Manşet
» Rusiya ilə Ermənistanın imzalayacağı yeni protokolun mətni yayıldı
19.08.10 05:06
Rusiya prezidenti Dmitri Medvedevin avqustun 19-da Yerevana səfəri zamanı bu ölkənin Ermənistandakı hərbi bazasının ömrünün uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanmalıdır. Həmin sənəd Rusiya bazalarının yerləşdirilməsinə dair tərəflər arasında 1995-ci il martın 16-da imzalanmış Razılaşmaya dair 5 saylı protokoldur.
AZADİNFORM Rusiya mətbuatına istinadən həmin protokolun mətninin layihəsini təqdim edir:
“Rusiya Federasiyasının Ermənistan Respublikasında hərbi bazasına dair 1995-ci il 16 mart tarixli Razılaşmaya əlavəni nəzərdə tutan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Protokol N 5;
- Rusiya Federasiyası və Ermənistan Respublikası (bundan sonra Tərəflər) 1995-ci il 16 mart tarixli Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazasına dair Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Razılaşmanın (bundan sonra Razılaşma adlanacaq) 26-cı bəndini rəhbər tutaraq aşağıdakılar barədə razılıq əldə edirlər:
Maddə 1
Razılaşmanın 3-cü maddəsi aşağıdakı redaksiyada oxunur:
Maddə 3
Rusiya hərbi bazası Tərəflər arasında Razılaşmadan irəli gələn tapşırıqları həyata keçirir.
Ermənistan Respublikası ərazisində fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının maraqlarını müdafiə edən Rusiya hərbi bazası həm də Ermənistan Respublikası Silahlı Qüvvələri ilə birlikdə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir. Qarşıya qoyulan məqsədin həyata keçirilməsi üçün Rusiya tərəfi Ermənistan Respublikasını müasir və müvafiq, hərbi (xüsusi) texnika ilə təmin edir. Rusiya hərbi bazasındakı hərbi qruplardan istifadə edilməsi tərəflər arasında 1992-ci il 15 may tarixli kollektiv təhlükəsizlik haqqında müqavilə, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1997-ci il 29 avqust tarixli Razılaşma, eləcə də müvafiq qanunlar əsasında həyata keçirilir”.
Maddə 2
Razılaşmanın 26-cı maddəsi aşağıdakı redaksiyada oxunur:
“Əgər Tərəflərdən hər hansı biri razılaşmaya son verilməsinə dair digər Tərəfə altı ay əvvəlcədən olmaqla yazılı bildiriş verməyibsə, hazırkı müqavilə doqquz il ərzində həyata keçirilir. Ondan sonra isə avtomatik olaraq qarşıdakı beşilliklər ərzində də uzadılır. Tərəflərdən hər hansı birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında hazırkı müqavilənin şərtlərinə yenidən baxıla bilər”
Maddə 3
“Hazırkı Protokol ratifikasiya üçün təqdim edilir və ratifikasiya edilmiş variantlarının mübadilə edildiyi gündən qüvvəyə minir”.
Göründüyü kimi sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək. Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Rusiyanın «Vesti» telekanalına müsahibəsində yeni sənədin əsas məğzinin də məhz bu olduğunu deyib.
URL / WWW
http://www.kaspi.az/article/a-1537.html