Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
09.03.10 09:47

Bu gün Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi. AZADİNFORM xəbər verir ki, mərasimdə Əsrin Müqaviləsi çərçivəsində əldə edilən nailiyyətlərdən danışan ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün Xəzərin Azərbaycan hissəsində 14 xarici ölkənin 24 aparıcı şirkətinin neft-qaz hasilatında iştirak etdiklərini bildirdi. R.Abdullayevin sözlərinə görə, Çıraq Neft Layihəsinin işlənməsi ümumilikdə 360 mln. barel əlavə neft ehtiyatlarının çıxarılmasına imkan verəcək. Sözügedən layihənin icrası zamanı dünyanın ən aparıcı şirkətlərinin son texnologiyalarından istifadə olunacağını diqqətə çatdıran şirkət rəsmisi Azərbaycanın neft sektoruna ümumilikdə 38 mlrd. ABŞ dolları həcmində investisiya qoyulduğunu bildirib. Daxili vəsait hesabına reallaşacaq layihəyə xaricdən yalnız avadanlıqlar və müvafiq qurğular cəlb ediləcək. R.Abdullayev Çıraq Neft Layihəsinin tikintisi və istismarı zamanı 1800-dən artıq yeni iş yerlərinin də yaradılacağını qeyd edib. BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir layihənin ümumi dəyərinin 6 mlrd. dollar olduğunu, bunun 4 mlrd. dollarının obyekt və qurğuların tikintisinə, 2 mlrd. dollarının isə 2024-cü ilin sonuna qədər davam edəcək quyuların qazma işlərinə sərf olunacağını bildirib. R.Cavanşir layihədən ilk neftin hasilatının 2013-cü ilin dördüncü rübünə planlaşdırıldığını vurğulayıb.
Tədbirin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir arasında Çıraq Neft Layihəsinin işlənməsinə dair sənədlərin imzalanma mərasimi keçirilib.
URL / WWW
http://www.kaspi.az/article/a-153.html