Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
09.03.10 09:47

Aprelin 13-14-də Bakıda, “Caspian Banking and Finance”  6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı və sərgisi keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a “Iteca Caspian” şirkətindən veriblər.
Banklar və Maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin Milli Bankları, Maliyyə Nazirlikləri, Bank Assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqlar da daxil olmaqla 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransda çıxış edənlər arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası kimi nüfuzlu maliyyə strukturlarının nümayəndələri olacaq. Azərbaycanda bank sisteminin liderləri Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, “AmrahBank”, “Bank of Baku”, “Kapital Bank”, “Paşa Bank”, “Raiffeisen Zentralbank”, “Royal Bank” və digər banklar, eləcə də sığorta, lizinq, konsaltinq, hüquq və audit şirkətləri və investisiya banklarının nümayəndələri də sözügedən tədbirə qatılacaqlar.
“Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri” konfransın əsas mövzusu olacaq.
Konfransla paralel olaraq “Banklar və Maliyyə” sərgisi də keçiriləcək. Azərbaycanın bütün aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər bu tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər. Sərgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşkil edəcək.
URL / WWW
http://www.kaspi.az/article/a-151.html