Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Online xəbərlər » Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
09.03.10 06:58

Martın 11-17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qrumun Büro və komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar. Bu barədə məlumatı AZADİNFORM-a parlamentdən veriblər. AŞPA-nın Bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi Komitənin yenidən formalaşması məsələsinə baxılacaq. Qurumun Daimi Komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək. AŞPA-nın Monitorinq Komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstanda, Ermənistanda, Moldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Səfər martın 18-də başa çatacaq.
URL / WWW
http://www.kaspi.az/article/a-143.html