Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Online
»
Manşet
» Prezidentin sərəncamı ilə mətbuat işçiləri mükafatlandırıldı
23.07.10 05:45
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı “Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncama əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə “Əməkdar Jurnalist”, 15 nəfərə “Əməkdar Mədəniyyət işçisi” və 1 nəfərə “Əməkdar Mühəndis” fəxri adları verilib.
Dövlətimizin başçısının həmin tarixdə imzaladığı “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilmiş, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı “Azərbaycan Respublikasının mətbuat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
URL / WWW
http://www.kaspi.az/article/a-1409.html