Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. “İmamzadə” kompleksinin milli memarlıq ənənələrinə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 (üç) milyon manat məbləğində vəsait ayrılıb.
Sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini Maliyyə Nazirliyi təmin edəcək.
|