Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
Axtarış: 
Baş Prokurorluqdan bələdiyyələrin ünvanına ağır ittiham
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı: “Azərbaycanda yazı yaza bilməyən bələdiyyə sədrləri var”



“Azərbaycanda bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyil. Bələdiyyə üzvlərinin özlərinin hüquqları barədə məhdud məlumatları var. Hətta onlara gəlir mənbələrini sadaladıqda bunu təəccüblə qarşılayırlar. Bunun əsas səbəblərindən biri budur ki, bələdiyyə üzvü seçilmək üçün ali təhsil olması tələb edilmir. Hətta Azərbaycanda adi yazı yaza bilməyən bələdiyyə sədrləri var. Şəxsən özüm bununla rastlaşmışam”. APA-nın xəbərinə görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmədə çıxışında deyib.

P. Quliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2011-ci ildə yaradılan “qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin faiz etibarilə böyük hissəsinin bələdiyyələr və yerli icra hakimiyyətləri ilə bağlı olduğunu deyib.

İdarə əməkdaşı cari ilin müvafiq dövründə də müraciətlərin çoxunun bələdiyyə bağlı olduğunu açıqlayıb.

Yerləşdirilib: 18.02.12   Baxılıb: 80
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •