Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
Axtarış: 
Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın təhsil və elm naziri Gintaras Steponaviçiyus ilə görüşüb. Xarici İşlər Nazirliyindən “Azadinform”a verilən mədumata görə, görüş zamanı səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında, eləcə də hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildirib. Münasibətlərimizdə təhsil sahəsinə xüsusi öncəlik verildiyini qeyd edən səfir H.Məmmədzadə Litvanın ali məktəblərində təhsil alan onlarla azərbaycanlı tələbə üçün yaradılan şəraitə görə nazir G.Steponaviçiyusa təşəkkür edib.

Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə həyata keçirilən dövlət proqramına bir neçə Litva universitetinin də daxil olunması vurğulanıb. Eyni zamanda, Avropada təhsil alan azərbaycanlı tələbələrin müxtəlif forum və toplantılarının Litvada keçirilməsi, bununla əlaqədar Avropada təhsil alan gənclərimiz üçün Vilnüsün mərkəz olaraq seçilməsi yönündə iş aparıldığı qeyd edilib. Görüşdə eyni zamanda, Azərbaycan və Litva universitetlərində qarşılıqlı olaraq, elm xadimlərinin mühazirələrlə çıxış etmələri, universitetlər arasında birbaşa əlaqələrin qurulmasının zəruriliyindən söhbət açılıb.

Yerləşdirilib: 01.02.12   Baxılıb: 68
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •