Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Rəsmi Bakı Fransa Senatının qərarını pislədi
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının addımını qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır



Rəsmi Bakı Fransa Senatında yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini qətiyyətlə pisləyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.

"Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər", - məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, 20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır", - məlumatda deyilib.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Yerləşdirilib: 25.01.12   Baxılıb: 97
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •