Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
2012-ci ildə ABŞ Azərbaycan münasibətləri daha da genişlənəcək
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Prezident İlham Əliyevlə görüşündə belə deyib



Prezident İlham Əliyev yanvarın 18-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Erik Rubin Amerika Birləşmiş Ştatları Prezidentinin və dövlət katibinin tapşırığı ilə ölkəmizə səfər etdiyini vurğuladı. O, dövlətimizin başçısını Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və ölkəmizin “Eurovision” mahnı müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdi. Erik Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.


Ötən ilin Azərbaycan üçün əhəmiyyətli il olduğunu vurğulayan dövlətimizin başçısı 2011-ci ildə müstəqilliyimizin 20 illiyinin qeyd olunmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişafına göstərdikləri diqqətə görə ABŞ-ın Prezidentinə və dövlət katibinə minnətdarlığını ifadə etdi.


Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  AzərTAc

Yerləşdirilib: 19.01.12   Baxılıb: 90
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •