Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
İLİN ADAMI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada təsis edilmiş “İlin adamı-2009” Qran-pri mükafatına layiq görülüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada təsis edilmiş “İlin adamı-2009” Qran-pri mükafatına layiq görülüb. Bu mükafat il ərzində öz ölkələrinin ictimai, siyasi və dövlət mənafelərinə xidmət işində ən parlaq nəticələr göstərmiş insanlara təqdim edilir.
“İlin adamı” illik milli mükafatın təqdim edilməsi mərasimi fevralın 25-də Kremldə keçirilib. Bu mükafat Rusiyanın RBK informasiya agentliyi tərəfindən təsis edilib. Mükafatın təsisçiləri bildirirlər ki, “İlin adamı” öz ölkəsinin inkişafının mühüm meyillərini təcəssüm etdirən, onun gələcəyini formalaşdıran insanlardır. Mükafatın laureatlarını müəyyənləşdirən nüfuzlu ekspertlər şurasına tanınmış siyasətçilər, ictimai və siyasi xadimlər, ən iri şirkətlərin rəhbərləri, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri daxildir. Ekspertlər şurasının üzvlərinin çoxu öz ölkəsinin inkişafına sanballı töhfə vermiş insanlar kimi “İlin adamı” seçilmiş şəxslərdir. Onların arasında Sergey Lavrov, Arkadi Dvorkoviç, German Qref, Vladimir Yakunin, Aleksey Miller, Aleksandr Şoxin, Yuri Lyubimov, Mark Zaxarov, Qalina Vişnevskaya, İosif Kobzon, Konstantin Ernst, Vladislav Tretyak və başqaları vardır.
İctimai-siyasi və biznes sahələrində, habelə xüsusi nominasiyalarda təqdim edilən “İlin adamı” mükafatının ali dərəcəsi Qran-pridir. Qran-priyə layiq görülənlər “Slava oteçestva” ordeni ilə təltif edilirlər.
Builki laureatların seçimi iqtisadi böhran fonunda keçmiş və qaliblərin tərkibi də çox cəhətdən bu amilə əsasən müəyyən edilib. Laureatların çoxunun qələbəsi məhz onların böhrana qarşı uğurlu mübarizəsi sayəsində təmin edilib.
Dövlət başçısının layiq görüldüyü bu mükafat il ərzində öz ölkələrinin ictimai, siyasi və dövlət mənafelərinə xidmət işində ən parlaq nəticələr göstərmiş insanlara təqdim edilir

Yerləşdirilib: 27.02.10   Baxılıb: 113
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •