Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Biz ev sökmək niyyətində deyilik
ARDNŞ prezidenti Rövnəq Abdullayev neftli ərazilərdəki qanunsuz tikililərin sökülməyəcəyini bildirdi



Dünən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Keşlə qəsəbəsində qanunsuz tikililərin sahibləri ilə görüşüb. Görüş zamanı etdiyi çıxışda şirkət prezidentin bir sıra məsələlərə aydınlıq gətirib.


APA-nın xəbərinə görə, R.Abdullayev bildirib ki, ARDNŞ investisiya layihələri həyata keçirərkən xaricdən kreditlər alır: “Bu kreditləri götürərkən ARDNŞ-nin fəaliyyəti və işini necə qurduğu araşdırılır. Bu zaman diqqət yetirilən əsas məsələlərdən biri də işlərin nə dərəcədə təhlükəsiz qurulmasıdır. Beynəlxalq qurumlar şirkətə reytinq verəndə də bütün məsələlər nəzərə alınır. O cümlədən ARDNŞ-yə məxsus ərazilərdə qanunsuz tikililərin olması, onların hasilat prosesinə təsiri və insanların nə dərəcədə təhlükəli şəraitdə yaşamasına diqqət yetirilir”.
R.Abdullayev qeyd edib ki, ARDNŞ bütün bunları nəzərə alaraq qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırarkən əsas məqsədi yaşayış evlərinin sökülməsindən daha çox onların qanunsuz olmasını göstərmək və baş verə biləcək bədbəxt hadisələrə görə şirkətin məsuliyyət daşımayacağını öncədən ortaya qoymaqdır: “Yəni əvvəlcədən sübut edirik ki, bu tikililərin qanunsuz olması məhkəmə yolu ilə təsdiqlənib”.
Son parlament seçkilərində bu ərazidən deputat seçilən R.Abdullayev bir daha qanunsuz tikililərin sahiblərinə burda yaşamağın təhlükəli olduğunu xatırladıb: “Unutmayın ki, bura radiasiya zonası olduğuna görə uşaqlarınızın, gələcək nəsillərin həyatı üçün də problem yaradır. Sizə yüz faiz təminat verirəm ki, bu ərazidəki evlər sökülməyəcək, amma bir problem olsa, buna siz özünüz məsuliyyət daşıyacaqsınız. Lazım gələrsə, ARDNŞ istifadə olunmayan başqa ərazilərdən torpaq ayıra bilər ki, ərazidəki qanunsuz tikililər sökülsün. Biz ev sökmək niyyətində deyilik və heç kimin də evinə dəyməyəcəyik. Kimin evi sökülsə, ona başqa yerdə şərait yaradılacaq”.


Jurnalistlərə açıqlamasında şirkət prezidenti bildirib ki, Avropadakı borc böhranının Azərbaycan qazının Avropaya nəqli ilə bağlı marşrut seçiminə təsiri olmayacaq. Onun sözlərinə görə, qaz nəqli üçün hazırda hər 3 layihə ilə danışıqlar aparılır və marşrutun seçimi bu ilin birinci rübünün axırına kimi başa çatacaq: “Borc böhranı seçimə təsir etməyəcək, çünki müqavilələr 30-40 il müddətinə bağlanılır. Seçim zamanı diqqət yetiriləcək əsas məsələlər bazardakı vəziyyət, qazın qiyməti, layihələrin keçdiyi ölkələrin ödəmə qabiliyyəti və tranzit haqları olacaq”.
R.Abdullayev ARDNŞ-nin yaxın vaxtlarda səhmdar cəmiyyətə çevriləcəyi və özəlləşdiriləcəyi ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını deyib. O, bunları şayiə adlandırıb. Bildirib ki, qeyri-profil aktivlərin şirkətin balansından çıxarılması şirkətin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq reytinq alınması ilə bağlıdır.

Yerləşdirilib: 18.01.12   Baxılıb: 104
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •