
Hazırda ARDNŞ fiziki şəxslərlə iş aparır. İlk növbədə, tikintisi başa çatmayan və hələ məskunlaşmayan obyektlərlə bağlı tədbirlər görülür
Qanunsuz tikililər Azərbaycanın quru ərazilərində neft yataqlarının mükəmməl işlənməsinə mane olur. Trend-in məlumatına görə, bu barədə yanvarın 13-də jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.
Onun sözlərinə görə, xüsusən, "Binaqədi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinə məxsus mədən ərazilərində yerləşən qanunsuz tikililər burada hasil edilən neftin işlənməsinə mane olur. Burada neft ehtiyatı 5 milyon tondan çoxdur.
Orucov deyib ki, ARDNŞ neft sahələri, eləcə də neft-qaz kəmərləri zonasında qanunsuz tikililərin sahibləri ilə fəal iş aparır.
Hazırda ARDNŞ fiziki şəxslərlə iş aparır. İlk növbədə, tikintisi başa çatmayan və hələ məskunlaşmayan obyektlərlə bağlı tədbirlər görülür. Bu onunla bağlıdır ki, qanunsuz tikilinin inşası başa çatacağı və orada məskunlaşma olacağı təqdirdə, ARDNŞ məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Bu da ARDNŞ-yə məxsus ərazilərin azad edilməsi prosesini yubadır.
"Bütün bunlar yerlərin mühafizəsinin təmin edilməsi və məhkəmə prosedurları üçün böyük vəsaitlər tələb edir", - Orucov qeyd edib.
ARDNŞ rəsmisi bildirib ki, bu günədək qüvvəyə minmiş 2 mindən artıq məhkəmə qərarından yalnız bir-ikisində vətəndaşlar bu vəziyyətə düşdüklərinə görə günahkar olan orqanları məhkəməyə veriblər: «Qalan hallarda onlar gözləmə mövqeyi tutur, ümumiyyətlə məhkəmənin qərarının icrasına tələsmirlər».
Hazırda yaşayış olan qanunsuz evlərin nə vaxt söküləcəyinə toxunan İdarə rəisi bildirib ki, belə vəziyyət sonsuzadək davam edə bilməz: «Məhkəmə qərarlarının icrasının 30 il müddəti var. Amma bu o demək deyil ki, həmin qətnamələrin icrası üçün 30 il gözlənilməlidir».
|