Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Sürücülərdən rüşvət alan 3 yol polisi daxili işlər orqanlarından qovuldu
İnternetdə yayılan video görüntülərlə bağlı toplanmış materiallar isə prokurorluq orqanlarına göndərilib



Dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma başa çatıb, həmin şəxslərin kimliyi müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib. S.Gözəlovun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.


Korrupsiya hüquqpozmaları ilə mübarizədə öncül mövqe

Xüsusi vurğulamaq lazımdır ki, ölkədə asayişin keşiyində dayanan daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşı öz polisinə etibar edir. Bu struktur sıaralarında daşıdığı şərəfli ada kölgə salanların cəzalandırılması isə xalqın etibarını daha da artır. Heç təsadüfi deyil ki, ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyəti qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunub. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.

Nazirlik rəsmisi Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, yol polisi ilə bağlı xəlvəti çəkilişlər DİN-in aidiyyəti qurumları tərəfindən də mütəmadi olaraq həyata keçirilir. Onun sözlərinə görə, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq, korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.


Adətən intizamsız sürücü yol polisindən narazılıq edir


Məsələnin digər məsuliyyətli tərəfi isə təkcə yol polisinin üzərinə düşmür. Bu məsuliyyəti hər bir vətəndaş, xüsusən də sürücülər bölüşməlidirlər. Şübhəsiz ki, adətən intizamsız sürücü yol polisi inspektorunun hərəkətlərindən narazılıq edir. Yol hərəkəti qaydalarına düzgün riayət edən, bu qaydaları düzgün yerinə yetirən sürücü, əlbəttə ki, yol polisinin əməlindən narazı qalmamalıdır.


DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytenant Vaqif Əsədov qəzetimizə açıqlamasında bildirib ki, hər bir hərəkət iştirakçısının, xüsusilə də sürücünün yol polisi müfəttişindən müəyyən mənada narazılığı varsa, dərhal Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yazılı və şifahi məlumat verir, vəzifə səlahiyyətlərini aşan inspektora, sürücülərə qarşı kobudluq göstərən yol polisi əməkdaşlarına rəhbərliyimiz tərəfindən müəyyən ciddi nizam-intizam qaydalarına dəvət edilməsi göstərişi verilir.

Digər tərəfdən, Dövlət Yol Polisinin ideal inspektoru qanunvericiliyə uyğun olmalıdır. Hər bir inspektor saxladığı vətəndaşa ilk növbədə özünü təqdim etməli, saxlanmasının, eyni zamanda, məsuliyyətə cəlb olunmasının səbəbini ona izah etməlidir. Burada bir faktı da qeyd etmək lazımdır. Bəzən elə hallar olur ki, yol polisinin saxlanma işarəsinə bəzi sürücülər tərəfindən düzgün qiymət verilmir. «Yol hərəkəti haqqında» qanunun tələbinə əsasən, yol hərəkəti qaydalarını pozan hər bir hərəkət iştirakçısı yol polisinin saxlanma tələbini düzgün yerinə yetirməlidir. V.Əsədov deyir ki, bu zaman mental xüsusiyyətimizlə bağlı bəzi problemlərlə üzləşirik. Belə ki, yol polisinin sürücüyə «saxla» işarəsi verərkən sürücünün bilərəkdən saxlamayıb hərəkətinə davam etməsi ilk növbədə İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin tələbi ilə üst-üstə düşmür. 310-cu maddədə konkret olaraq qeyd edilir ki, polis və ya hərbi qulluqçu vətəndaşlara saxlama tələbi verdikdə vətəndaş tərəfindən bu göstəriş düzgün yerinə yetirilməlidir. «Çox təəssüflər olsun ki, polisin «saxla» işarəsinə əhəmiyyət verməyən sürücü sonradan müxtəlif bəhanələr gətirməklə özünü təmizə çıxarmağa çalışır» - deyə V.Əəsədov əlavə edir.

Sürücülərin nəzərinə çatdırmaq lazımdır ki, yol hərəkəti qaydalarını pozmayan, avtomobilinin qabaq alın şüşəsində texniki baxışdan keçməni təsdiq edən texniki baxış birkası olan, avtomobilinin xarici görkəmi təmiz və təhlükəsizlik kəmərindən istifadə edən sürücüyə, şübhəsiz ki, yol polisi əməkdaşı tərəfindən saxlanma işarəsi verilə bilməz. Digər tərəfdən, yol polisi əməkdaşı avtonəqliyyat vasitəsinin saxlanılması ehtimalı olduqda həmin sürücünün saxlanması göstərişini verir. Belə olmasın deyə, hər bir sürücü ilk növbədə təhlükəsizlik kəmərindən istifadə etməli, qabaq alın şüşədə texniki baxışdan keçməni təsdiq edən birka olmalı, avtomobilin xarici görkəmi səliqəli olmalı və yol hərəkəti qaydalarını pozmamalıdır. İkinci bir tərəfdən, əgər inspektor sürücüyə «saxla» işarəsi verirsə, heç nəyə baxmadan sürücü inspektorun tələbini yerinə yetirməklə avtomobili saxlamalıdır. Ola bilsin ki, inspektor sürücünün getdiyi istiqamətdə hər hansı bir təhlükənin olduğu barədə məlumat verəcək. Digər tərəfdən, avtonəqliyyat vasitəsi saxlanılmadıqda, həmin sürücü silah alverçisi, insan alverçisi və ya narkotik daşıyıcısı kimi yol polisində şübhə oyadır ki, bu da həmin sürücünün mütləq saxlanılmasına imkan verən bir haldır.


Hər bir hərəkət iştirakçısı yol hərəkəti qanununun tələblərini öyrənməlidir


Dövlətə sevgi hər bir vətəndaşın öz hüquqlarını mükəmməl bilməsindən irəli gəlir. Öz hüquqlarını yaxşı dərk edən vətəndaş hər hansı qanunsuz əməldən və ya subyektiv amillərdən yayınar. Etiraf etmək lazımdır ki, polis-cəmiyyət münasibətlərində özünü göstərən problemlərdən başlıcası məhz insanların öz hüquqlarını bilməməsindən irəli gəlir. Gəlin statisikaya diqqət yetirək. Ötən ilin yanvar ayından noyabrın 20-nə kimi Bakı şəhəri üzrə 1206 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu yol-nəqliyyat hadisələri nəticəsində 304 nəfər dünyasını dəyişib, 1302 nəfər isə müxtəlif xəsarətlər alıb. Bu hadisələrin təhlilinə əsaslanaraq qeyd etmək olar ki, qəzaların səbəblərinin 49%-i sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsidir.

Həmçinin piyadaların təyin olunmayan yerlərdən keçərkən avtomobillər tərəfindən vurulması nəticəsində təxminən 630 nəfər xəsarət alıb, 120 nəfər isə dünyasını dəyişib. Piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhərinin inzibati ərazisinə düşən küçə və yollarda keçirilən tədbirlər zamanı 610-dan artıq piyada yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün saxlanılmış və İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun 10 manat məbləğində cərimə edilmişdir. Sürət həddinin aşılmasına gəldikdə isə, bu istiqamətdə də tədbir keçirilərkən 4015 sürücü avtomobili yüksək sürətlə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib. Yerdə qalan hadisələrin təhlilinə nəzər saldıqda isə yol ayrıcılarının keçmə qaydalarının pozulması nəticəsində 17% yol-nəqliyyat hadisəsi qeydə alınıb, 23% isə əhali arasında qoşa xətti kimi tanınan üfüqi nişan xəttinin tələblərinin pozulması, əks istiqamətə çıxış və ötmə kimi pozuntulardır.


Avtoxuliqanlara qarşı ardıcıl tədbirlər həyata keçirilir


Yollarda rastımıza gələn ən böyük problemlərdən biri də avtoxuliqanlıqdır. V.Əsədovun qəzetimizə verdiyi açıqlamaya görə, ötən il avtoxuliqanlara qarşı mübarizə tədbirləri zamanı 297 avtoxuliqan saxlanılıb və məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, onlardan 50-yə yaxını təkrarən il ərzində avtoxuliqanlıq törədənlərdir. «Xüsusilə qeyd edilməlidir ki, avtoxuliqanlıq edənlərin yaş həddi təxminən 20-30 arasındadır və əsasən də Rusiya istehsalı olan VAZ-2107 markalı avtomobillərlə avtoxuliqanlıq edilir. Məlumat üçün bildirirəm ki, avtoxuliqanlıqla bağlı 24 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 11 nəfər dünyasını dəyişmiş, 16 nəfər isə xəsarət almışdır. Bir faktı da qeyd etmək istərdim ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən verilmiş məlumata əsasən, Güzdək qəsəbəsi yaxınlığında avtoxuliqanlığın idman oyununa çevrilməsi məqsədi ilə geniş sahə ayrılıb. Əlbəttə, bu sahənin ayrılması yaxşı haldır və mən hesab edirəm ki, avtoxuliqanların öz bacarıqlarını həmin ərazidə nümayiş etdirməsi daha məqsədəuyğun olacaq».


Çox güman ki, bunun nəticəsində avtoxuliqanlar artıq insanların gözünün qarşısında özlərini nümayiş etdirməyəcək və vətəndaşlarımızın həyatlarını risk altına atmayacaqlar.


Kameralar effekt verir


Bununla yanaşı, bir neçə ildir ki, paytaxt ərazisində quraşdırılan kameralar vasitəsilə yol hərəkətinə polis tərəfiindən tam nəzarət edilir və nəzarət zamanı yol hərəkəti qaydalarını pozanlar bu kameralar vasitəsilə açıq-aşkar qeydə alınır. Sonradan qeydə alınan bu fotomateriallar əsasında həmin sürücülər aşkarlanır və məsuliyyətə cəlb olunur ki, bu da yol təhlükəsizliyinin təmin olunması istiqamətində yol hərəkətinin idarə edilməsi şöbəsi tərəfindən aparılır.


Təxminən gün ərzində kameralar vasitəsilə 500-dən artıq yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanır və onlar barəsində qanuna müvafiq tədbirlər görülür. Bu gün Bakı şəhəri ərazisində 365 nöqtədə 1108 kamera varsa, artıq bu kameraların sayının 400 nöqtədə 1200-ə çatdırılması nəzərdə tutulub ki, bu istiqamətdə də artıq işlər görülür. Qısa zaman ərzində paytaxtın inzibati ərazisinə daxil olan küçə və yollarda kameraların köməyi ilə bütövlükdə həm asayişin qorunması məsələsi öz həllini tapacaq, həm də yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə nəzarət ediləcək.


Avtobus sürücüləri və yol mədəniyyəti


Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyi barədə danışırıqsa, yol mədəniyyətinin formalaşmasına böyük ehtiyac var. Vaqif Əsədov bildirir ki, yol mədəniyyəti elə yol hərəkətinin təhlükəsizliyi deməkdir: “Təəssüflər olsun ki, sürücülər arasında peşəkarlıq səviyyəsinin aşağı olması, piyada səhlənkarlığı və yaxud diqqətsizliyi bütövlükdə yol-qəza hadisələrinin artımına səbəb olur ki, bu da nəticədə bizi və xidmət etdiyimiz idarə və nazirlik rəhbərliyini düşündürən haldır. O ki qaldı ümumi nəqliyyat vasitələrinin sürücülərinə, Bakı şəhəri üzrə yol polisi əməkdaşları ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı 2133 inzibati protokol tərtib edib. Deməli, avtobus sürücüləri tərəfindən yol hərəkəti qanununun pozulmasına görə 2133 fakt aşkarlanıbsa, bu da o deməkdir ki, avtobus sürücülərinə qarşı yol polisi tərəfindən mübarizə daim aparılır və aparılacaq. Son zamanlar avtobus dayanacaqlarından kənarda saxlanılan ictimai nəqliyyat vasitələrinin sürücülərinə də tətbiq edilən cərimələrin məbləğinin artırılması ilə əlaqədar müəyyən məsələlər qaldırılıb. Yəqin ki, tez bir zamanda cərimələrin məbləğinin qaldırılması və 3 yox, 4 balın yazılması məsələsi öz həllini tapacaqdır. Dayanacaqdan kənarda, ikinci cərgədə, yolların hərəkət hissəsində avtobusların saxlanılması bu gün 3 balla və 40 manat cərimə ilə cəzalandırılır ki, güman ki, tez bir zamanda bu cərimənin də məbləği artırılacaq”.

Qeyd edək ki, bizim ölkədə cərimələrin tədbiqində humanist yanaşma müşahidə olunur. Məsələn, piyadaların 10 manat məbləğində cərimə edilməsi çox aşağıdır. Başqa bir məsələ: Nə dərəcədə düzgündür ki, işıqforun qırmızı işiğında sürücü gərək il ərzində 4 dəfə hərəkət etsin ki, yalnız bundan sonra o, sürücülük hüququndan məhrum edilsin? Məsələn, Yaponiyada avtomobilin işıqforun qırmızı işığında hərəkət etməsi insan ölümünə cəhd kimi qiymətləndirilir və sürücü daha ağır cəza alır. V.Əsədov deyir ki, əhalinin maddi rifah halının yüksəlməsi nəzərə alınaraq, daha ağır cərimə sanksiyaları tətbiq edilməsinin tərəfdarıdır: “Hesab edirəm ki, ağır cərimə cəzalarının tədbiq edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək. Burada mən təkcə piyadalara tətbiq edilən cərimələri nəzərdə tutmuram».

İnsanların asayişi keişiyində dayanan polisin fəaliyyəti hər bir vətəndaş tərəfindən təqdir olunmalıdır. İnkişaf edən Azərbaycanımızın tərəqqisində nümunəvi fəaliyyəti ilə seçilən daxili işlər orqanlarının yeri əvəzsizdir. Daxili işlər orqanlarına bu çətin, məsuliyyətli işlərində dəstək ilk növbədə cəmiyyətdən gəlməlidir.


F.Qəhrəmanlı

Yerləşdirilib: 13.01.12   Baxılıb: 86
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •