Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
İntellektual idarəetmə sistemi nə vəd edir?
Namiq Həsənov: “Bu sistem dünyanın cəmi 8 ölkəsində var. Onların da ən son texnologiyaya əsaslananı və müasiri Azərbaycandadır”



Bakıda nəqliyyatın intellektual idarə olunması məsələsi bir neçə müddətdir ki, medianın diqqətindədir. Ona görə ki, bu gün ictimai nəqliyyatda o qədər problemlər yaşanır ki, artıq hamı gözünü bu sistemə dikib. Amma elələri də var ki, bu sistemin heç marağında da deyillər. Çünki Bakının tıxac problemi onlarda inamsızlıq sindromu yaradıb.


Bunu bir neçə avtobus dayanacağında olarkən sürücülər və sərnişinlərlə olan söhbət zamanı müəyyənləşdirdik. Onlarla söhbətləşməzdən əvvəl qeyd edək ki, paytaxtdakı avtobus dayanacaqlarının əksəriyyətində intellektual idarəetmənin monitorları quraşdırılıb. Şəhərin mərkəzi hissələrində quraşdırılan monitorların isə əksəriyyəti artıq istifadəyə verilib. Bunun üstünlükləri kimi deyə bilərik ki, dayanacaqda dayanan vətəndaş hansı avtobusun neçə dəqiqədən sonra gələcəyini monitordan görə bilir.


İntellektual idarəetmənin üstünlükləri təkcə bununla bitmir. Onun əsas üstün tərəfləri ictimai nəqliyyatın qaydalara uyğun işləməsinin təminidir. Belə ki, bu sistemdən sonra avtobuslar dayanacaqdan kənar yerdə saxlana bilməyəcək. Sürücülər isə daha əvvəlkitək siqaretlə söyüşü sintez etməyəcəklər. Bunlar hamısı mərkəz tərəfindən nəzarətdə saxlanılacaq. Göstərilənləri təmin etmək üçün dayanacaqlarda olduğu kimi, hər bir avtobusda da xüsusi monitorlar quraşdırılıb. Amma bu qurğular da şəhər mərkəzindən fərqli olaraq, ətraf ərazilərə işləyən avtobuslarda hələ mərkəzi sistemə birləşdirilməyib.


Bunu aydınlaşdırmaq üçün şəhərətrafı qəsəbələrə işləyən avtobuslara baş çəkdik. Şəhərdən Buzovna və Mərdəkan istiqamətində hərəkət edən avtobuslarda olub, intellektual sistemlə bağlı sürücülərin fikirlərini öyrəndik. Onların bəziləri bu sistemin tərəfadrı olmasa da, əksəriyyəti dəstəklədiyini dedi. 171 ¹li marşrutun sürücüsü bildirdi ki, bu sistem bizə sərf etmir: “Çünki Buzovnadan Mərdəkan dairəsinə qədər dayanacaq yoxdur. Belə çıxır ki, biz bu sistemdən sonra orada maşın saxlaya bilməyəcəyik. Bəs, oradakı camaat necə olacaq, onları da düşünmək lazımdır. Orada dayanacaqlar quraşdırılsa yaxşı olar, millət piyada o qədər yolu gəlməyəcək ki”. Sürücü sistemin müsbət tərəfi kimi bildirdi ki, avtobuslar vaxtında gedəcək. “Bir kilometr arxadakı və qabaqdakı avtobusu görə biləcəyik. Amma aparat quraşdırılsa da, hələ mərkəzi sistemə birləşdirilməyib”.


100 ¹li (əvvəlki 24) marşrut xəttinin bir sürücüsünü isə belə bir sistem ümumiyyətlə maraqlandırmır. Çünki ona olan sualımızı bircə kəlməylə belə cavabladı: “Eh, bunlar kimə lazımdır ki… Tıxaclar onuz da olacaq”. Amma eyni marşrutun digər sürücüsü Əli dayı 35 illik sürücülük təcrübəsinə əsaslanıb, avtobusa quraşdırılan aparatların üstünlüklərindən danışdı: “Bu, çox gözəl bir sistemdir. Birincisi ona görə ki, tam qayda-qanun tələb edir, ikincisi isə, sürücüyə və nəqliyyatda baş verən proseslərə birbaşa nəzarət edilir. Sürücü rol arxasında üzü tüklü olmaz, geyim forması qaydasında olmalıdır. Bundan başqa, sərnişin özü də sürücünün neylədiyini görür. Bu aparatın üzərində video-kamera var və avtobusun içərisində baş verən proseslər mərkəz tərəfindən açıq-aydın görünür. Aparat birbaşa həm Daxili İşlər Nazirliyi, həm də bizim baş idarə ilə əlaqəlidir. Əgər sürücüyə bir təcavüz olunarsa, yaxud başqa fövqəladə hadisə baş verərsə, bu aparatda olan “Qəza” düyməsinə basırsan. Və tez bir müddətdə sənə kömək gələcək. Əgər bizdən bir kilometr sonrakı, yaxud əvvəlki maşında qəza baş veribsə, biz onu da biləcəyik”.


Sürücü dedi ki, hər maşının öz nömrəsi var, monitorda dəqiqələr göstərilib. Məsələn, düzgün olmayan yerdə avtobusu saxladınsa, orada siqnal veriləcək və bu, mərkəzdə görünəcək: “Amma bu sistem bizim avtobusda hələ quraşdırılmayıb. Quraşdırıldıqdan sonra çox gözəl olacaq, şəxsən mənim xoşuma gəlir. İnanıram ki, ictimai nəqliyyatdakı problemlər aradan qalxacaq. Amma sistemdəki qaydalara riayət etmək lazımdır, yəni bu qaydaların tətbiqi üçün şərait də yaradılmalıdır. Mən 1978-ci ildən bəri marşrutda işləyirəm və bütün prosesləri bilirəm. Bir də avtobuslarda gedişhaqqı kart sisteminə keçsə, sürücünün başı dinc olar. Avtobusların kart sisteminə keçməsini gözləyirəm, olmasa, çıxacam işdən. Çünki artıq əsəblərim pozulur. O deyir, burda saxla, bu deyir, orda saxla... Saxlamasan da dava-qırğın salırlar. Həm də doğru-düzgün pul vermirlər. Gediş haqqı 35 qəpik qoyulub, düşənlər 30 qəpik verir. Beləcə, söz-söhbətlər yaranır. Mən onun tərəfdarıyam ki, ayda maaşımı versinlər, mən də gəlim qaydalara uyğun işləyim”.


Sürücü Əli dayı onu da bildirdi ki, bu aparatın bir xüsusiyyəti də var, avtobusa ilk daxil olan adamın şəklini çəkib öz yaddaşında saxlayır: “Məsələn, mən səhər qapıları açıb içəri girən kimi mənim şəklimi çəkir”.


Şəhərdən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən marşrutun sürücüsü də intellektual idarəetmənin tərəfdarıdır: “Bu sistem istifadəyə verilsə, hər barədə müsbət tərəfləri olacaq. Tıxacların qarşısı alınar, marşrutlar da vaxtına gedib-gələr. Məsələn, ancaq dayanacaqda saxlayacağıq, siqaret də çəkmək olamaz”. Bəs, siqaret çəkən sürücülərin taleyi necə olacaq, sualımıza isə o, belə cavab verdi: “Mən şəxsən siqaret çəkən adamam və indidən özümü öyrətməyə çalışıram. Hər dəfə vaxtım olanda sonuncu dayanacaqda düşüb çəkirəm, amma indidən çalışıram ki, avtobusda siqaret çəkməyim”.


Sürücülərin intellektual sistem barədə bilgiləri olsa da, sərnişinlərdə bir az fərqlidir. Ona görə ki, ondan istifadə etmək qaydasını bilmirlər. Dayanacaqda dayanan xanıma yaxınlaşıb monitordan istifadə edib-etmədiyini soruşduq: “Vallah, başım çıxmır deyə heç baxmamışam” - deyə cavab verdi. Natiq adlı digər vətəndaş isə bir az təcrübəli çıxdı: “Bu yaxınlarda şəhər mərkəzində dayanacaqdakı monitora baxdım. Avtobusun gəlmə vaxtı 2 dəqiqə yazılmışdı, elə iki dəqiqədən sonra da gəlib çıxdı”.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə açıqlamasında bildirdi ki, dayanacaqlardakı monitorların başa düşülməsi çox asandır: “Bu çox sadə bir sistemdir, nə etmək lazım olduğu ekranda Azərbaycan dilində göstərilib. Bundan başqa, xarici vətəndaşlar üçün ingilis dili də yerləşdirilib”. Qeyd edək ki, monitorlarla bağlı bir neçə dayanacaqda da olduq, amma əksəriyyətinin ekranında yazılıb ki, “tamamlama işləri gedir”. Elə buna görə də həmin monitorlar hələ aktiv deyillər.


 N.Həsənov açıqlamasında onu da qeyd etdi ki, bu sistem dünyanın cəmi səkkiz ölkəsində var. Onların da ən son texnologiyaya əsaslananı və müasiri Azərbaycandadır: “Onu da deyim ki, bizim intellektual idarəetmə sisteminin mərkəzi binasında 24 metr uzununda, 5 metr hündürlüyündə monitor var. Yəni şəhərdəki bütün ictimai nəqliyyat sistemi hissələrə bölünərək, hamısı o monitorda əks olunur. Mən istəyərdim ki, biz intellektual idarəetmə sistemini tam işə salandan sonra həm dayanacaqlardakı monitorlardan düzgün istifadə etsinlər, həm də sürücülər öz mədəniyyətlərini bir qədər artırsınlar. Bu sistem Bakı şəhərində 664 dayanacaqda quraşdırılacaq. Bundan sonra qoy vətəndaşlarımız da fikirləşsinlər ki, bu qədər vəsait məhz onlar üçün yatırılıb. Yəni bu aparatlara qayğı və diqqətlə yanaşsınlar”.


Elgün Mənsimov

Yerləşdirilib: 12.01.12   Baxılıb: 133
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •