Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
BBC-yə xəbərdarlıq edildi
Avropa Yayım Birliyi BBC –dən Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edir



Mayda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurivision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında aparılan qarayaxma kampaniyası Avropa Yayım Birliyini narahat edib.


APA-nın əldə etdiyi məlumata görə, Avropa Yayım Birliyinin (EBU) bəzi üzvləri ötən ayın sonlarında Cenevrədə toplantı keçiriblər. toplantıda “Eurovsion-2012” müsabiqəsinə hazırlıq işləri ilə yanaşı mediada müsabiqə ilə əlaqədar yer alan xəbərlər də müzakirə olunub. İştirakçılar müsabiqənin keçiriləcəyi binanın inşaatı, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar. toplantıda iştirak edən bəzi EBU üzvləri son vaxtlar bəzi media orqanlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər. Bəzi üzvlər isə BBC telekanalı ilə bağlı bu ifadələri işlədib: “BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə qarşı geniş kampaniya aparır. BBC-nin bu hərəkəti “Eurovision” qurumuna böyük ziyan vurmaqdadır”. İştirakçılar Daimen McGuinnessin məqaləsinin əvvəlcə dekabrın 17-də, sonra isə dekabrın 22-də BBC-nin əsas xəbər bülletenində yayımlanmasını, sonra oxşar mətnlərin “The Times”, “The Telgraph”, “The Week” kimi mətbuat orqanlarında yer almasını misal çəkiblər.

Əldə edilən məlumata görə, iştirakçılar Bakıda aparılan inşaat işlərinin “Eurovision”la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb.

Yerləşdirilib: 11.01.12   Baxılıb: 98
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •