Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
Amid İsbəndərov/AZADİNFORM. Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. A.Paşazadə qeyd edib ki, bu sammit aprelin 27-29-u tarixlərində təşkil olunacaq. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün hazırlıq prosesləri davam etdirilir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bütün Qafqazın Şeyxi tədbirdə 150-dək dini liderin iştirak edəcəyini bildirib. “Onların hər biri müxtəlif dövlətlərdə milyonlarla insanı öz ətrafında birləşdiriblər.

Təkcə Pravoslav Kilsəsindən 11 patriarxın tədbirdə iştirakı dəqiqləşib. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcək”,-deyə A.Paşazadə qeyd edib. O, sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyini bildirsə də, onun Azərbaycana gələcəyinə inanmadığını söyləyib. Şeyx dəvətin QMİ tərəfindən yox, MDB Dinlərarası Məşvərət Şurası tərəfindən həyata keçirildiyini vurğulayıb.

Yerləşdirilib: 11.03.10   Baxılıb: 178
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •