Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Bakıda Xəzəryani dövlətlərin müxtəlif səviyyəli nümayəndələri arasında iclas keçirilir
Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda “Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında” Saziş layihəsinin razılaşdırılması üzrə Xəzəryani dövlətlərin xarici işlər nazirlərinin müavinləri və həmin dövlətlərin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə iclas keçirilir. AZADİNFORM xəbər verir ki, iclas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açılış nitqi ilə başlayıb.

İclasın danışıqlar prosesinə xüsusi töhfə verəcəyinə ümid etdiyini söyləyən E.Məmmədyarov 2007-ci ilin 16 oktyabrında Tehran şəhərində keçirilən Xəzəryani ölkələrin dövlət başçılarının Zirvə toplantısını xatırlatdı və bildirdi ki, toplantıda Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun razılaşdırılması və qəbul edilməsi üçün gələcək işin konkret istiqamətləri müəyyən edilib. Həmin tarixdən bu günə qədər Xəzəryani ölkələrin müvafiq nümayəndə heyəti səviyyəsində bir sıra görüşlərin keçirildiyini diqqətə çatdıran E.Məmmədyarov bildirdi ki, ötən dövr ərzində təşkil olunan görüşlər Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun razılaşdırılması və qəbul edilməsi üzrə danışıqlar prosesinə öz töhfəsini verib. Onun sözlərinə görə, bunula belə, Xəzərin hüquqi statusu ilə bağlı ən vacib məsələlər olan su səthinin istifadəsi, dəniz dibinin bölünməsinin başa çatdırılması, balıqçılıq, gəmiçilik, demilitarizasiya, hərbi gəmilərin hərəkəti və digər kompleks məsələlər indiyədək razılaşdırılmayıb. Xəzərin hüquqi statusu haqqına Konvensiyanın ekologiya, bioloji ehtiyatlardan istifadə məsələlərinə dair müddəlar üzrə razılığın əldə olunduğunu açıqlayan E.Məmmədyarov müşahidə edilən yaxınlaşmaların su səthinin bölünməsi üzrə qərarın qəbul edilməsinə zəmin yaradacağına ümid etdiyni vurğulayıb. “Azərbaycan tərəfi hesab edir ki, hazırki iclas zamanı müzakirə olunacaq Saziş layihəsinin mövzusu sərhəd, gömrük xidmətləri, daxili işlər, fövqəladə hallar, nəqliyyat orqanları və dəniz administrasiyalarının xətti ilə qarşılıqlı əlaqə məsələlərini əhatə etməlidir. Xəzər dənizində təhlükəsizliyin hərbi-siyasi aspektləri dənizin hüquqi statusu haqqında Konvensiya layihəsi çərçivəsində müzakirə edilərək öz həllini tapmalıdır”,-deyən E.Məmmədyarov ümid etdi ki, Bakıda iki gün davam edəcək görüş uğurlu və məhsuldar olacaq, hazırki layihə əsasında yekun mətn tərtib olunacaq və o, gələcəkdə təhlükəsizlik sahəsində Xəzəryanı dövlətlər arasında əməkdaşlığın yaradılması üçün hüquqi əsas qismində çıxış edəcək.

Yerləşdirilib: 11.03.10   Baxılıb: 55
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •