Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Xəzərdə nərəkimilərin ovuna dair kvotanın müəyyənləşməsinə dair iclasın keçirilməsi nəzərdə tutulub
Atif Eyvazov/AZADİNFORM. “Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında” Saziş layihəsinin bu gün Bakıda müzakirəsi ilə bağlı keçirilən tədbirdə Xəzərin statusuna dair bəzi məsələlər müzakirə olunacaq“. AZADİNFORM xəbər verir ki, bu fikirləri İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri söyləyib.

“Ümid edirəm ki, Xəzərin ekologiyası ilə bağlı imzalanmış Konvensiyaya protokollar əlavə olunacaq, Xəzərin bioresurslarına dair məsələlər münasib şəraitdə həllini tapacaq, nəticələr əldə olunacaq. Bu məsələdə Xəzəryanı ölkələr sıx əməkdaşlıq etməlidirlər ki, əlavə protokollar imzalansın”,-deyən M.Səfəri əlavə edib ki, martın sonunda Tehranda Xəzərdə nərəkimilərin ovuna dair kvotanın müəyyənləşməsinə dair iclasın keçirilməsi nəzərdə tutulub: “Ümid edirik ki, həmin iclasda nərəkimilərin kvotası dəqiqləşdiriləcək”. Qeyd edək ki, bu gün Bakıda Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş layihəsinin müzakirəsi ilə bağlı toplantı keçirilir. Martın 12-dək davam edəcək toplantıda “Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında” Saziş layihəsi müzakirə edilir. Müzakirələrdə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri və həmin dövlətlərin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edir. Tədbir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açılış nitqi ilə başlayıb.

Yerləşdirilib: 11.03.10   Baxılıb: 215
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •