Mübariz Aslanov/AZADİNFORM. “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi yarışlarına start verilib. Yarışın ilk günündə gənc yunan-Roma güləşçilərindən 50, 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bu barədə məlumatı AZADİNFORM-a Azərbaycan Güləş Federasiyasından (AGF) veriblər. Gərgin mübarizə şəraitində keçən görüşlərdə fəxri kürsüyə yüksələn və yığma komandaya üzv olmaq hüququ qazanan pəhləvanlar 50 kq çəki üzrə Eldəniz Əzizli, Vilayət Qəhrəmanlı, Namiq İmanov və Səid Balabəyovdur. 60 kq üzrə Kamran Məmmədov, Orxan Paşayev, Elçin Həsənov və Ənvər Cəfərov, 74 kq üzrə Niyaməddin İbrahimov, Fuad Əliyev, Tələt Əliyev və Elvin Abbaslıdır. Ağır çəki olan pəhləvanlarımızdan yığma komandaya üzvlər isə 96 kq üzrə Araz Həsənov, Elvin Cahangirov, Kamran Hüseynov və Samir Qayıbov olublar. Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançı AGF tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunacaq, eyni zamanda həmin pəhləvanlar milli yığma komandaya cəlb olunacaqlar.
|