Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Bakı Tikiş Fabrikində yoxlamalar aparılacaq
Fabrikdə sertifikatsız məktəbli geyimi istehsal edilir



Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (ASMPDK) sertifikatsız məktəbli geyimi istehsal etdiyi üçün “Bakı Tikiş” Açıq Səhmdar Cəmiyyətində yoxlama aparacaq.
Bu barədə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
Onun sözlərinə görə, SMPDK tərəfindən məktəbli geyimlərinin tikilməsi üçün heç bir müəssisəyə, eləcə də Bakı Tikiş Fabrikinə sertifikat verilməyib: “Nazirlər Kabinetinin 543 saylı qərarına görə, uşaq geyimləri və 44 ölçüyədək olan geyimlər məcburi qaydada sertifikatlaşdırılmalıdır. Amma təəssüf ki, bu işlə məşğul olan müvafiq istehsal müəssisələri komitəyə müraciət etməyiblər. Biz geyimlərin, onun parçalarının keyfiyyətinə hansı standartla tikilməsini yoxladıqdan sonra sertifikat verməliyik. Amma məktəbli formasının sertifikatı olmadığı üçün biz onun keyfiyyətinə zəmanət vermirik”.
F.Talıblı bildirib ki, məktəbli geyimləri məcburi sertifikatlaşdırılmış mallar siyahısına daxil olduğundan, istehsalçılar sertifikat almaq üçün komitəyə müraciət etməli və təcrübə-sınaq mərkəzi laboratoriyasına ekspertiza məqsədilə məhsul nümunələrindən sınaqlar təqdim etməlidir. Analiz aparıldıqdan və müsbət rəy verildikdən sonra geyimlər bir il müddətinə sertifikatlaşdırılır. Bunun əsasında da məhsulun istehsal edilərək satışa çıxarılmasına icazə verilir.
F.Talıblı deyib ki, məsələ ilə bağlı yaxın vaxtlarda komitənin dövlət nəzarəti idarəsinin əməkdaşları sertifikatsız məhsul istehsalına görə Bakı Tikiş Fabrikində yoxlama aparacaq və müvafiq tədbirlər görəcək: “Bakı Tikiş Fabrikinin sertifikatsız geyim istehsal etməsi bizim üçün tutarlı faktdır və bu, artıq qanun pozuntusudur. Bu, bizə kifayət edir ki, həmin müəssisəni cərimələyək. Bu çərimə İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər üçün 1500-2000 manatadək, hüquqi şəxslər üçün isə 4000-5000 manatadəkdir. Yoxlamalardan sonra geyimlərin keyfiyyəti barədə ictimaiyyətə məlumat veriləcək”. APA

Yerləşdirilib: 09.09.10   Baxılıb: 204
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •