MBASK Sığorta Şirkəti “Mercedes Benz” ML 350 avtomobilinin sığortaçısına 10 623 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Bu barədə məlumatı AZADİNFORM-a MBASK Sığorta Şirkətindən veriblər.
Qeyd edək ki, cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 2 110 039 manatdan artıq məbləğdə ödəniş həyata keçirib. Bunlardan 1 468 101 manatdan çoxu (70%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.
|