Standartlaşdırma Metralogiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən enerjiyə qənaənt prosesində standatların tətbiqi ilə bağlı müvafiq dövlət proqramının yekun layihəsi hazırlanıb. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma şöbəsinin müdri Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabenti vasitəsilə, müvafiq maraqlı təşkilatlara həmin proqramın layihəsi göndərilib. O, layihənin ölkə rəhbərliyinədə təqdim olunduğunu qeyd edib.
“Həmin layihəyə uyğun olaraq 2011-2013-cü illərdə respublikada 70 yaxın enerji qənaəti sahəsində standartların tədbiqi nəzərdə tutulub. Demək olar ki, həmin standartların tətbiqi və istifadəsi enerjiyə 30% qənaətə gətirib çıxaracaq”,-deyə S.Abdullayev əlavə edib.
|