Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvlərinin növbəti görüşü Parisdə olub. Görüşə Rəhbər Komitənin başçısı Erri Stuve (Hollandiya) sədrlik edib. Polşa, Fransa, Almaniya, İtaliya və İsveçin sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi görüşdə AzərbaycanI Dövlət Sosial Müdafiə Fondunu sədr müavini Zakir Babayev təmsil edib. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Sosial Müdafiə Fondundan veriblər.

Görüşdə BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin cari ilin mart ayında Varşavada (Polşa) keçirilən görüşünün Protokolu təsdiq olunub, BSTA-nın Avropa şəbəkəsinin 2010-cu ilin sonuna qədər həyata keçirəcəyi tədbirlər, habelə onun 2011-2013-cü illərə nəzərdə tutulan tədbirlər planı müzakirə olunub. BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri arasında 2011-ci ilə nəzərdə tutulan dəyişikliklər məsələsi nəzərdən keçirilib. Qurumun Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri Azərbaycan tərəfinin fəaliyyətini yüksək qiymətləndirib və DSMF-nın Rəhbər Komitədə iştirakının səmərəli olduğunu nəzərə alaraq onun təmsilçiliyinin saxlanılmasını məqbul hesab ediblər. Görüşdə cari ilin sonunda Keyptaunda (CAR) keçiriləcək Dünya Sosial Təminat Forumuna hazırlıq barədə BSTA-nın nümayəndələrinin məlumatı dinlənilib. Rəhbər Komitənin görüşündən sonra Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev BSTA-nın və Fransa Respublikasının Ailə Müavinətləri Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilən iki günlük texniki seminarda iştirak edib. Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Yerləşdirilib: 08.09.10   Baxılıb: 159
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •