Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Qış gələnə qədər fəlakət bölgəsində bütün evlər bərpa olunacaq
Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni evlər tikilib istifadəyə verilib. Prezident İlham Əliyev yeni mənzillərin orderləri sahiblərinə təqdim edib



Bu ilin mayında Kür çayında baş verən daşqın ölkədə təbii fəlakətlə nəticələndi. Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə mayın 7-də keçirilən müşavirədə dövlət başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı alındı, dağılan bəndlərin bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatı qeydə alınmadı.

Mayın 11-də Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının hər an dövlət başçısının diqqətində olduğunu göstərdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlandı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldildi. Təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam edir.
Daşqınlar nəticəsində dağılmış evlərin yeniləri ilə əvəz olunması, zərər çəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilir. Tikinti işlərinin artıq başa çatdığı ərazilərdən biri də Hacıqabul rayonunun Meyniman kəndidir. Qeyd edək ki, bu il mayın 23-də kənd ərazisində Kür çayı öz məcrasından çıxaraq təxminən 85 metr uzunluğunda qoruyucu bəndi dağıtmışdı. Nəticədə Meyniman kəndindəki 280 ev və 286 təsərrüfat, o cümlədən 1350 nəfər əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, Meyniman əhalisinin də problemləri diqqətdə saxlanıldı. Uçmuş evlərin yerində 22 ev tikildi, bu evlərdə zəruri infranstrukturun yaradılması, həyətyanı sahələrin öz normal vəziyyətinə qaytarılmasına xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən bu mənzillər öz genişliyi və rahatlığı ilə diqqət çəkir. Tikilən evlərdən 15-i 2 otaqlı, 3-ü 3 otaqlı, 4-ü isə 4 otaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlərin ümumi sahəsi 2150 kvadratmetr təşkil edir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min  manatdan çox yardım verilib. Həmçinin, daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Prezident İlham Əliyev sentyabrın 7-də Hacıqabul rayonunun Meyniman kəndinə gəldi. Dövlət başçısı əvvəlcə təbii fəlakət nəticəsində dağılan evlərin və yeni mənzillərin fotolarına baxdı. Sonra dövlət başçısı Mərhəmət Yaqubovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, yeni mənzillərlə təmin olunan sakinlər bütün zəruri ev avadanlıqları ilə də təchiz ediliblər. Bir sözlə, bu mənzillərdə yaşamaq üçün hər cür şərait mövcuddur.
Yeni mənzillərin sahibləri ilə görüşən dövlət başçısı qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi. Bildirdi ki, bu il dünyanın hər yerində təbii fəlakətlər baş verib, o cümlədən Azərbaycanda. Bu fəlakətlər böyük dağıntılarla müşayiət olunub. Azərbaycan dövləti isə bütün imkanlarını səfərbər etdi. Operativ xilasetmə işləri təşkil olundu, insan tələfatı qeydə alınmadı, evlərini itirən insanlar müvəqqəti şəraitlə təmin edildilər. Azərbaycan dövləti əlindən gələni etdi ki, bu təbii fəlakətdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsi maksimum dərəcədə yaxşılaşsın. Dövlət başçısı onu da vurğuladı ki, qış gələnə qədər bütün evlər bərpa olunacaq.
«Bir neçə ay ərzində 3-4 min evin tikintisi dövlətimiz üçün böyük bir sınaqdır. Ancaq mən bu vəzifəni qoydum. Çünki qış gələnə qədər insanlar normal evlərlə təmin olunmalıdır və birinci evlər bax bu gün sizə təqdim edilir».
“Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də həmrəylik göstərdi. Bütün dövlət və özəl qurumlar çox səmərəli və böyük peşəkarlıqla işlədilər” deyən Prezident İlham Əliyev bildirdi ki, indi təbii fəlakətlə üzləşmiş bölgələrdə ev tikintisi gedir və yaxın zamanlarda başqa rayonlarda da evlər istifadəyə veriləcək.
Daha sonra dövlət başçısı yeni inşa olunan 22 mənzilin orderlərini və açarlarını sahiblərinə təqdim etdi.
Kənd sakinləri onlara göstərilən diqqətə görə, dövlət başçısına təşəkkür etdilər.

Yerləşdirilib: 08.09.10   Baxılıb: 191
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •