Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
“DəmirBank” Avropanın maliyyə təşkilatları ilə yeni müqavilələr imzalayıb
İlham Məmmədov/AZADİNFORM. “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə 4 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması barədə müqavilələr imzalayıb. Bu barədə məlumatı AZADİNFORM-a Bankın baş ofisindən veriblər. Bunlardan biri “DəmirBank” və “Belçikanın İncofin Investment Management” mikromaliyyə fondunun təşkilatçılığı ilə Volksvermogen şirkəti arasında 1,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması barədə kredit müqaviləsidir.

Digər müqavilə isə Lüksemburqun Symbiotics SA Information, Consulting & Services şirkəti tərəfindən təşkil olunub. Müqavilə Lüksemburqun Wallberq Invest və Lixtenşteynin EMF Microfinance Fund şirkətlərindən 2,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunmasını nəzərdə tutur. “Bu müqavilələr üzrə ayrılan vəsaitlər mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə, eləcə də kənd təsərrüfatının kreditləşdirilməsinə yönəldiləcək. Hər 2 kredit müqavilələri 2 il müddətinə imzalanıb və qeyd edilən sahələrin inkişafına kömək edəcək”,-deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib. Ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb.

Yerləşdirilib: 10.03.10   Baxılıb: 202
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •