Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
“Şəki-Zaqatalada turizmin inkişaf perspektivləri” adlı seminar keçirilib
İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Şəki nümayəndəliyində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a İİN-dən veriblər.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Şəki şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Şəki Turizm və İnformasiya Mərkəzinin nümayəndələri, həmçinin Şəkidə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanması, yerləşdirilməsi, qidalanması, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalı, www.b2b.az portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
Seminar çərçivəsində iştirakçılara metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Yerləşdirilib: 07.09.10   Baxılıb: 107
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •