AFFA-nın prezidenti Rövnəq Abdullayev Köln şəhərində Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. AFFA-dan AZADİNFORM-a verilən məlumata görə, R.Abdullayev Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Kölndəki “Reynenerqiştadium”da Almaniya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, komandamıza xoş arzularını çatdırıb, futbolçularımızın güclü rəqibə qarşı böyük əzmkarlıqla mübarizə aparacağına inandığını bildirib. Xatırladaq ki, Almaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
|