Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək. AZADİNFORM xəbər verir ki, komandamız Bakı vaxtı ilə saat 23:45-də, Köln şəhərindəki “Reynenerqiştadium”da Almaniya yığması ilə qarşılaşacaq. Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək: Baş hakim: Markus Strömberqsson, Baş hakimin köməkçiləri Stefan Vittberq, Fredrik Nilson, dördüncü hakim: Daniel Stalhammer. (Hakimlər briqadası İsveçdəndir) UEFA nümayəndəsi: David Georgi Kollins (Uels), hakim-inspektor: Stefan Ormanyev (Bolqarıstan).
|