Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
MSK parlament seçkilərinə start verdi
MSK Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə Təqvim Planını təsdiqləyib



Sentyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov Azərbaycan prezidenti İlham Əliyevin dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilərin bu ilin noyabrın 7-də keçirilməsinə dair sərəncam imzaladığını xatırladıb. O bununla əlaqədar MSK üzvləri tərəfindən “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın hazırladığını bildirib.

İclasda 61 bənddən ibarət Təqvim Planı təsdiqlənib. Təqvim Planına əsasən, namizədlərin təşviqatı oktyabrın 15-dən başlayacaq və noyabrın 6-sı saat 8.00-dək davam edəcək.
M. Pənahov bildirib ki, seçici siyahıları artıq seçki məntəqələrində asılıb. O, əhaliyə öz adlarını həmin siyahıda axtarmağı məsləhət görüb. Siyahılarda adlarını tapmayanlar isə MSK-ya müraciət edə bilərlər.
Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb. Ekspert qrupu 9 nəfərdən ibarət olacaq.
DSK-ların nəzdində yaradılacaq müvafiq ekspert qruplarının hər birinin tərkibi isə 3 nəfərdən ibarət olacaq.

Yerləşdirilib: 07.09.10   Baxılıb: 213
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •