Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Bakıda “Kibernetika və informatika problemləri” konfransı başlayıb
Bu gün Bakı şəhərində “Kibernetika və informatika problemləri” (PCİ 2010) III Beynəlxalq konfransı öz işinə başladı. AZADİNFORM xəbər verir ki, konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov və Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Almaniya, İtaliya, İspaniya, Koreya, Polşa, Belarus, Ukrayna, Latviya, Yeni Zelandiya, Sinqapur, Qazaxıstan və Özbəkistandan olan 40-dan çox alim və mütəxəssis iştirak edirdi.

Ə.Abbasov bu cür konfransların keçirilməsinin vacib olduğunu vurğulayaraq dünyanın hər yerində bu tədbirin kiçik də olsa öz təsirini göstərəcəyini bildirdi. Azərbaycanda elmin inkişafını qeyd edən nazir bu yaxınlarda Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun yarıdılmasının buna sübut olduğunu qeyd etdi. Ə.Abbasov Azərbaycan elminin qapılarının xaricə açıq olduğunu əlavə edərək birdirdi ki, bu cür konfransların keçirilməsi xarici investisiyanı Azərbaycana cəlb etməkdir. Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək konfransın 10 plenar və 34 bölmə iclası keçiriləcək. Plenar iclaslarda müasir dünyada kibernetikanın inkişaf tendensiyaları və perspektivlərinə həsr olunmuş 24 məruzə oxunacaq. Bölmə iclaslarında isə informasiya və kommunikasiya texnologiyalarının nəzəri, eksperimental, texnoloji-istehsal və tədbiqi aspektləri, intellektual texnologiyalar və sistemlər, modelləşdirmə və identifikasiya, tədbiqi stoxastik analiz, idarəetmə və optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi, ədədi üsullar və hesablama texnologiyaları elmi istiqamətləri üzrə 150-yə yaxın məruzə dinləniləcək. Bu sahələrdə mövcud olan problemlər və onların həlli yolları müzakirə ediləcək, müxtəlif rəylər səsləndirilərək fikir mübadiləsi aparılacaq.

Yerləşdirilib: 06.09.10   Baxılıb: 151
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •