Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Bakıda mediaya həsr olunan konfrans keçirilib
Bu gün Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilib. AZADİNFORM xəbər verir ki, konfrans çərçivəsində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı təqdim olunub. Əlavələr edilmiş sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib.

Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel qeyd edib ki, ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləməsi işində mühüm vasitəyə çevrilib. Onun sözlərinə görə, bu qaydalar vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqillyini də qoruyub saxlayır. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, yeni qaydalar jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev isə qeyd edib ki, ölkədə KİV-in əsas problemlərindən biri reklam bazarının olmamasıdır. Azərbaycan hökumətinin mətbuata diqqətindən bəhs edən V.Əliyev “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na da toxunub və bildirib ki, bundan əvvəl qəbul olunan “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” öz effektini verməyib. Qeyd edək ki, tədbirdə ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin müraciəti oxunub. Səhhətindəki problemə görə Azərbaycana səfəri təxirə salınan D. Miyatoviç ilin sonuna qədər Bakıya gələcəyini bildirib. Konfransda həmçinin bolqarıstanlı media mütəxəsisi Oqnian Zlatev təmsil etdiyi ölkənin mövzu ilə bağlı təcrübəsini açıqlayıb.

Yerləşdirilib: 06.09.10   Baxılıb: 144
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •