Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
İlham Məmmədov/AZADİNFORM. Uzun müddətli fasilədən sonra ötən il ərzində Goranboy rayonunun Səfikürd, Alpoud, Ağamalıoğlu və Qarasucu yaşayış məntəqələrinin qaz təsərrüfatları yenidən bərpa olunub. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Neft Şirkətindən veriblər. Bu isə rayon üzrə 1175 abonentin təbii qazla təminatı deməkdir. Hazırda Cinli-boluslu kəndinin qaz təsərrüfatının bərpası həyata keçirilir. Şəhərin Dədə Qorqud, Q.Nağıyev, S.Vurğun, İ.Qayıbov və Vidadi küçələrində istismara yararsız 310 metrlik müxtəlif diametrli daşıyıcı, paylayıcı qaz kəmərləri yenisi ilə əvəz olunaraq istismara verilib.

Qızılhacılı qəsəbəsini və digər yaşayış məntəqələrini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin istismara yararsız 550 metrlik yeraltı hissəsi polietilen boru ilə əvəz olunub. Qızılhacılı qəsəbəsi İ.Qayıbov küçəsindəki 1300 metrlik paylayıcı və daşıyıcı qaz kəmərləri də yenisi ilə əvəz olunur və çəkilişi yaxın günlərdə başa çatdırılacaq. Goranboyun kənd yaşayış məntəqələrinin qaz təchizatını yaxşılaşdırmaq və qaz sızmalarının qarşısını almaq üçün də təxirəsalınmaz tədbirlər görülür. Belə ki, Xoylu, Qaradağlı kəndlərini və Qazanbulaq qəsəbəsini təbii qazla təmin edən daşıyıcı kəmərlərdə təmir bərpa işləri aparılıb. Bundan başqa 2010-cu il ərzində Baxcakürd, Dəyirmanlar, Azad, Veyisli və Tatarlı kənd yaşayış məntəqələrinin təbii qazla təminatı nəzərdə tutulub.

Yerləşdirilib: 10.03.10   Baxılıb: 184
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •