Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Almaniya – Azərbaycan oyunundan bir gün əvvəl – sentyabrın 6-da, yerli vaxtla saat 11:00-da, Köln şəhərindəki Holiday İnn otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqs mətbuat konfransı təşkil edəcək. Bu barədə məlumatı AZADİNFORM-a AFFA-dan veriblər.
Xatırladaq ki, millimizin mətbuat üçün açıq məşqi sentyabrın 5-də, yerli vaxtla saat 17:00-da, Almaniya – Azərbaycan qarşılaşmasının keçiriləcəyi “Raynenerqiştadium”da olacaq.
|