Ermənilər dünən saat 10.30-dan 11.30-dək fasilələrlə Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonu Sarıcalı, sentyabrın 3-də saat 00.20-dən 00.45-dək Tərtər rayonu Qapanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə məlumatı AZADİNFORM-a Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|