Cari ilin avqust ayında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 18 min 261 ton avtomobil benzini, 157 min 581 ton dizel yanacağı, 8 min 704 ton təyyarə yanacağı ixrac edib. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Neft Şirkətindən veriblər.
Ümumilikdə, 2010-cu ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini, 1 mln. 93 min 579 ton dizel yanacağı, 80 min 326 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib. Bu ilin avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 682,92 dollar, təyyarə yanacağının – 683,99 dollar, dizel yanacağının – 645,50 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 459,51 dollar təşkil edib.
|